СДЕЛАЙТЕ СВОИ УРОКИ ЕЩЁ ЭФФЕКТИВНЕЕ, А ЖИЗНЬ СВОБОДНЕЕ

Благодаря готовым учебным материалам для работы в классе и дистанционно

Скидки до 50 % на комплекты
только до

Готовые ключевые этапы урока всегда будут у вас под рукой

Организационный момент

Проверка знаний

Объяснение материала

Закрепление изученного

Итоги урока

Monqolların III yürüşündə yaranmış dövlət. ( Elxanilər- Hülakülər dövləti )

Категория: История

Нажмите, чтобы узнать подробности

 

Hülakü xan ( 1258-1265) Azərbaycanı işğal etdi və paytaxtı Təbriz olan Hülakülər   ( Elxanilər) dövlətini yaratdı.Azərbaycan bu dövlətin mərkəzi idi. Hökmdar “elxan” adlanırdı. 

Просмотр содержимого документа
«Monqolların III yürüşündə yaranmış dövlət. ( Elxanilər- Hülakülər dövləti )»

Sinif :VII Fənn : Azərbaycan tarixi Tarix:_____________

Mövzu : Monqolların üçüncü yürüşündə yaranmış dövlət

Standart : 2.1.1.;3.1.2.

Təlimin nəticəsi : ( Məqsəd )

  1. Təsərrüfat və istehsalın inkişafını Hülakülər dövlətinin yaranması ilə əlaqəli izah edir;

  2. Hülakü dövlətinin inkişaf xüsusiyyətlərini dəyərləndirir;

Təlim forması : Qruplarla iş.

Təlim üsulu : Beyin həmləsi , müzakirə

İnteqrasiya : Ü-t. 2.1.1.; 3.1.1.; C.3.2.3.; H-b. 1.2.1; 2.1.2.

Resurslar : İKT, xəritə,iş vərəqləri, dərslik,


Motivasiya : ......metodik vəsait səh.71)



ƏQLİ HÜCUM ( BEYİN HƏMLƏSİ )




Dövlətin təsisi və uzun müddət mövcud olmasının.




Tədqiqatın aparılması : Tədqiqat sualına cavab vermək üçün şagirdlər qruplara bölünür.Onlara iş vərəqləri paylanır.

Məlumatın mübadiləsi : Müəyyən olunmuş vaxt ərzində tapşırıq yerinə yetirilir və təqdim olunur. Cavablar oxunur.


Nəticə və ümumiləşdirmə :

Yaradıcı tətbiqetmə : ( Qeyd ; son 4 mərhələni birləşdirmək məsləhətdir )

Ev tapşırığı : Ölkəmizdəki islahatlar haqqında esse yazın.

Refleksiya və qiymətləndirmə :

Qiymətləndirmə meyarları : ( Qiymətləndirmə məqsəddən asılı olaraq bütün mərhələlərdə aparıla bilər )

  1. İzahetmə ;

  2. Dəyərləndirmə ;



I səviyyə

II səviyyə

III səviyyə

IV səviyyə

a)Əlaqəli izah etməkdə çətinlik çəkir

Əlaqəli izah edir, lakin ciddi səhvlərə yol verir

Əlaqəli izahetməni müəllimin köməyi ilə reallaşdırır

Təsərrüfatın inkişafını əlaqəli izah edir

b) İnkişaf xüsusiyyətlərini dəyərləndirməkdə çətinlik çəkir

İnkişaf xüsusiyyətlərini dəyərləndirərkən səhvlərə yol verir

İnkişaf xüsusiyyətlərini sualların köməyi ilə dəyərləndirir

İnkişaf xüsusiyyətlərini asanlıqla dəyərləndirir








Tədqiqat sualı : Hülakülər dövründə Azərbaycanın siyasi-iqtisadi vəziyyəti necə idi ?



QRUPLAR

  1. “ Rəbi- Rəşidi “ qrupu

  2. “ Hülakü “ qrupu

  3. “ Tusi “ qrupu

  4. “ Şirvan “ qrupu

DƏRSİN İZAHI



1253-cü ildə Ali Monqol Xaqanı Münke yeni torpaqları ələ keçirmək məqsədilə öz qardaşı Hülakünü çox böyük bir qüvvə ilə Ön Asiyaya göndərir. 1258-ci ildə Bagdad şəhəri tutulmaqla Abbasilər Xilafəti süqut edir.

Beləliklə Hülaki 5-cimonqol ulusu adlanan Hülakülər ( Elxanilər ) düvlətini yaradır. Hülakü xanın ( 1256-1265 ) bu ölkələri asanlıqla ələ keçirməsinin səbəbi o idi ki, bu ölkələrdə feodal pərakəndiliyi höküm sürürdü. Hülakülər dövlətinin torpaqları şimalda, Dərbənddən, cənubda İran körfəzi, qərbdə Suriya torpaqları, şərqdə Xəzər dənizini əhatə edirdi.

Elxanilər Azərbaycanın üstünlüklərini nəzərə alaraq, bu diyara böyük əhmiyyət verirdilər. Azərbaycanın bu dövlətin tərkibinə qatılmasının mütərəqqi cəhəti o idi ki, feodal çəkişmələrinə son qoyuldu, özbaşınalıq və hərcmərclik aradan qaldırıldı. Ölkə iqtisadi, siyasi və mədəni cəhətdən inkişaf etməyə başladı. Mənfi cəəti isə o idi ki, ölkədə müstəqillik cəhdləri boğuldu. Uzun müddət, təqribən I əsr ərzində ölkəmiz fasilələrlə müharibə meydanına çevrldi. Hərbi əməliyatlar zamanı ən çox ziyan çəkən şəhər və kəndlərimiz oldu. Əhali öz doğma yurdlarından didərgin düşdü, öldürüldü və əsir götürüldü. Hülakü xan yerli hakimlərin bir-biri ilə birliyi olmaması üzündən güclü hakimiyyət yarada bildi. Mərkəzi hakimiyyətin tədricən zəifləməsi digər monqol ulusu Qızıl Ordanın Azərbaycanı işğal etmək cəhdlərini gücləndirdi.

Hülakü hökümdarı Əbu Səidin hakimiyyətinin ilk illərində mərkəzi hakimiyyətə qarşı tez-tez baş verən üsyan və qiyamlar gücləndi. Mərkəzi hakimiyyətin Çobanilərin əlində cəmləşməsi digər feodal qrupların ciddi narazılıgına səbəb olurdu. Əbu Səidin ölümündən sonra hakimiyyət ugrunda mübarizə yeni forma almış oldu. Bu işdə Çobani və Cəlairi feodal qrupları daha çox fəallıq göstərirdilər.



TAPŞIRIQ:I

V monqol ulusu olan Hülakülər ( Elxanilər ) dövlətinə daxil olan əraziləri müəyyənləşdirin və xəritədə göstərməklə yanaşı, Azərbaycanın Hülakülər dövlətində mühüm yer tutmasında hansı səbəblər əsas rol oynayırdı sualına da cavab verin.

CAVAB:

Bu dövlətin tərkibinə Cənubi Qafqaz, İran, Ərəb İraqı, Suriyanın bir hissəsi daxil idi. ( xəritə)

Hülakülər dövlətində Azərbaycanın əsas yer tutmasında aşagıdakı səbəblər rol oynamışdır.

  1. Əlverişli cografi şərait

  2. İqlim və zəngin təbii sərvətlər

  3. Təbii otlaqların olması burada yaylaq və qışlaq heyvandarlıgının inkişafına geniş imkanlar açırdı.

  4. Azərbaycanın strateji mövqeyi isə yadellilərin hücumlarından qorunmaqda mühüm əhəmiyyət kəsb edirdi.

  5. Azərbaycandan keçən beynəlxalq ticarət karvan yolları da ticarət əlaqələrinin inkişafına böyük təsir göstərirdi.

Məhz bu səbəblərdən Hülakülər Azərbaycanı dövlətin mərkəzi vilayətinə çevirərək, dövlətin paytaxtını əvvəlcə Maraga, Sultaniyyə, sonra isə Təbrizi seçdilər.



TAPŞIRIQ II

Belə bir suala cavab axtarın: Elxanilərlə Qızıl Ordalılar arasında gedən müharibələrin əsas səbəbi nə idi ?

Hülakülərlə qızılordalılar arasında baş vermiş ilk döyüş haqqında hansı səyyah məlumat vermişdir və bu döyüş nə vaxt, harada, kimin qələbəsi ilə qurtarmışdır?


CAVAB:


Elxanilərlə Qızıl Orda arasında gedən müharibələrin əsas səbəbləri Azərbaycanın təbii sərvətləri, zəngin təbiəti, otlaqları, ticarət yollarının buradan keçməsi, sənətkarlıq məhsulları, varlı şəhərləri üstündə gedirdi. Qızılordalılar bəhanə gətirirdilər ki, güya Çingiz xanın vəsiyyətinə görə Azərbaycan torpaqları Batı xanın payına düşmüşdür. Hülakü xanın Azərbaycanda dövlət qurması Qızılordalıları bütün bu var- dövlətdən, gəlirdən məhrum edirdi.

Qızıl Orda xanları ilə Hülakülər arasında ilk döyüş Hülakü xanın dövründə, 1263-cü ildə Şirvan zonası, Hacıqabul rayonu, Qarasu kəndi ərazisində baş vermişdir.

Bu döyüş haqqında XIII əsr italyan səyyahı M. Polo məlumat vermişdir. M. Polo 1263-cü ildə İtaliyadan Çinə gedərkən Azərbaycandan keçmiş və bu döyüşün şahidi olmuşdur.

TAPŞIRIQ III

Qazan xan və Məhəmməd Olcaytunun mərkəzləşdirilmiş hakimiyyətin möhkəmləndirilməsi səbəblərini aydınlaşdırmaqla, indiki respublikamızda güclü dövlətimizin olmasının əhəmiyyətini faktlarla sübut edin?

CAVAB

1295-ci ildə Baydu xan özünü Qaraçala ərazisində elxan elan etsədə öldürülür. Qazan xan

(1295-1304) hakimiyyətə gələn kimi mühim tədbirlər həyata keçirir. O,yerli feodallarla əlaqəni möhkəmləndirmək üçün İslam dinini qəbul etdi.Özünə Mahmud adı götürdü.Əhalinin qayğısına qalaraq onların incidilməsinin qarşısını aldı.Vergilərin miqdarını dəqiqləşdirdi.Bu da əhalinin ona qarşı rəğbətini artırdı.Ondan sonra hakimiyyətə gələn M.Olcaytu da qardaşının siyasətini davam etdirdi.Feodal çəkişmələri azaldı.

Bizim respublikamizda 1993-cü il iyunun 15-dən milli liderimiz H.Əliyev hakimiyyətə gələn kimi ölkədə özbaşnalığa son qoydu.İqtisadi,mədəni,siyasi sahədə böyük dəyişikliklər həyata kecirdi.Qarabağın işğaldan azad olunması üçün güclü ordu yaratdı.Bu işi indi cənab Prezidentimiz İlham Əliyev davam etdirir.Ölkəmiz çiçəklənir və inkişaf edir.Hər yerdə əmin-amanlıq və sakitlikdir.İnanırıq ki,işğal olunmuş torpaqlarımız Prezidentimizin sayəsində azad olunacaq.



TAPŞIRIQ IV


Elxanilərlə Qızılordalılar arasında baş vermiş döyüşləri xronoloji ardıcıllıqla göstərin, bu döyüşlərdən hansının şəhərimizin tarixi və yaxud şəhərimizə yaxın ərəzilərlə əlaqəli olduğunu aydınlaşdırın.



CAVAB:


Elxanilərlə Qızılordalılıar arasında baş vermiş döyüşlərin xronoloji ardıcıllığı belədir.


İl

Döyüşün yeri

Nəticə

1

1263

Hacıqabul rayonu, Qarasu kəndi

Qələbə

2

1265,1288,1290

?

Qələbə

3

1318

Şirvan şəhəri, Kür çayı sahili

Qələbə

4

1319-1325

?

Qələbə

5

1335

Arran və Şirvan

Qələbə(Elxanilər)










Bu döyüşlər içərisində 3 döyüş daha maraq kəsb edir. Ona görə ki, bunlardan 2-si şəhərimizə yaxın ərazilərlə, 1-i isə şəhərimizin tarixi ilə əlaqədardır. Belə ki, Elxanilərlə Qızılordalılar arasında baş verən ilk 1263-cü il döyüşü Hacıqabul rayonu, Qarasu kəndi yaxınlığında baş vermiş və Qızılordalılar məğlub olmuşlar.

1318-ci ildə Qızıl Orda qoşunu hücum edərək şəhərimizin yerləşdiyi əraziyə, Kür çayı sahilinə çatdılar. Lakin yaz vaxtı olduğundan Qızıl Orda qoşununun atları otdan zəhərlənərək hamısı qırıldı. O dövr üçün ən vacib olan nəqliyyat vasitələrindən məhrum olan düşmən geri çəkilmək məcburiyyətində qaldı

.

Digər hadisə Qızıl Ordalıların 1335-ci il yürüşüdür. Bu zaman Qızıl Orda xanı Özbək xanın qoşunları şəhər və kədləri talan edir, əhali qarət olunurdu. Bundan başqa müsəlman dini abidələrimiz də ziyan çəkmişdir. Belə ki, Şirvan şeyxi Pir Hüseyn xanəgahı qarət olunmuşdur. Xanəgah Bakının 127 km.- liyində, Pirsaat çayı sahilində, Bakı- Salyan ticarət karvan yolu üzərində yerləşir. Xanəgahın zəngin təsərrüfatı, kitabxanası olmuşdur. Pir Hüsreyn məqbərəsinin yazılı- naxışlı kaşı bəzəkləri bu gün dünya muzeylərinin sərgilərini bəzəməkdədir.












BIBÖ


BİLİRƏM

İSTƏRDİM BİLƏM

ÖYRƏNDİM

  1. Monqol dövlətinin yaranması

  2. Az-da XIII əsrdə mövcud olan dövlətlər

  3. Monqolların Az-na I və II yürüşləri

  4. 1239- 1256- cı illərdə Az-nın Ali Monqol Xaqanlığı tərkibində olmasını

  5. Az-n xalqının mərdliklə mübarizə aparmasını

Hülakü -Qızıl Orda müharibələri zamanı əhaliyə dəyən ziyanların miqyasını


Hülakülər dövlətinin daxili və xarici vəziyyətini


Monqolların III yürüşünü

Az-nın Hülakü dövlətinə qatılmasının müsbət və mənfi cəhətlərini

Elxani- Qızıl Orda döyüşləri ilə əlaqədar şəhərimizin tarixi ilə bağlı məlumatları

Dövlətin güclü olmasının əhəmiyyətini






Müəllim: /Əsədli S./


Dərs hissə müdiri: / /





Скачать

© 2016, 778 11

Рекомендуем курсы ПК и ППК для учителей

Вебинар для учителей

Свидетельство об участии БЕСПЛАТНО!