СДЕЛАЙТЕ СВОИ УРОКИ ЕЩЁ ЭФФЕКТИВНЕЕ, А ЖИЗНЬ СВОБОДНЕЕ

Благодаря готовым учебным материалам для работы в классе и дистанционно

Скидки до 50 % на комплекты
только до

Готовые ключевые этапы урока всегда будут у вас под рукой

Организационный момент

Проверка знаний

Объяснение материала

Закрепление изученного

Итоги урока

“Mənim yurdum” tarix-diyarşünaslıq dərnəyinin proqramı

Категория: История

Нажмите, чтобы узнать подробности

Bu proqram tərəfimdən hazırlanmışdır. Qeyd etmək istəyirəm ki, proqram uzun illər davam edən sistematik işlərimin ümumiləşdirilməsidir.

Proqramın əsas məqsədi məktəblilər arasında vətəndaşlıq hissinin formalaşdırılmasıdır.

Просмотр содержимого документа
«“Mənim yurdum” tarix-diyarşünaslıq dərnəyinin proqramı»

Tarix -diyarşünaslıq dərnəyinin proqramı

Mənim yurdum” tarix-diyarşünaslıq dərnəyinin proqramı (VII-IX siniflər üçün).

Proqram 13-16 yaşlı şagirdlər üçün hazırlanmışdır, icra müddəti 2 ildir.

İzahlı qeyd:

Müasir dövrdə mənəvi-əxlaqi duyğuların gücləndirilməsinə, xalqımızın mənəviyyatının öyrənilməsinə, məktəblirərin doğma öz yurdlarının keşmişi və bu gününün öyrənilməsi, vətəndaşın və vətənin vətənpərvər şəxsiyyətlərinin formalaşdırılması üçün mənəvi hisslərin bərpasına kəskin ehtiyac vardır.

Doğma Yurd, Vətən, Ata Yurdu hər bir insanın həyatında əhəmiyyətli rol oynayır fikri sözsüz ki, danılmazdır. Vətənimizin hər bir parçası, qəlbimizə yaxın olan yerlər, ruhumuzu oxşayan adət-ənənələr hamsı gözəldir.Ancaq vətənə olan sevgi haqqında danışmaq kifayət deyil, vətənin keçmişini və bu gününü, zəngin mədəniyyətini, xalq adətlərini, onun təbiəti haqqında da bilmək və öz doğma yurdunla qürur hissi keçirməyi də bacarmaq lazımdır. Bütün bunlar doğma Azərbaycanımıza, onun bütün bölgələrinə aiddir.

Bu proqram tərəfimdən hazırlanmışdır. Qeyd etmək istəyirəm ki, proqram uzun illər davam edən sistematik işlərimin ümumiləşdirilməsidir.

Proqramın əsas məqsədi məktəblilər arasında vətəndaşlıq hissinin formalaşdırılmasıdır.

Proqram məktəbdə tarix-diyarşünaslıq dərnəyi üçün nəzərdə tutulmuşdur.

Proqram 13-16 yaşlı şagirdlər üçün nəzərdə tutulmuşdur. Proqram həftədə 1 saat olmaqla dərs ili müddətində həyata keçirilir. (həftədə 1 saat; İlboyu 34 saat; 2 il ərzində cəmi 68 saat)

Proqramın məqsədləri:

-Şagirdləri Şirvan şəhərinin tarixi və mədəni sərvətləri ilə tanış etmək

-Vətənpərvərlik və vətəndaşlıq xüsusiyyətlərini formalaşdırmaq; mənəvi tərbiyə

Proqramın qarşıya qoyduğu tapşırıqlar:

-Şirvan şəhəri və ona yaxın bölgələrin keçmişi və bu günü, şəhərimizdə yaşayan xalqların adər-ənənələri, mənəvi mədəniyyətin öyrənilməsi

-Məktəblilər arasında vətənpərvərlik tərbiyəsi, Hacı Qəhrəmanlı və Bayramlı qəsəbələri haqqında məlumatlar

-Ailə dəyərlərinin və adət-ənənələrinin formalaşması və qorunması

-Məktəblilərin axtarış fəaliyyətlərinin intensivləşdirilməsi (aktivləşdirilməsi)

-Yerli tarixşünaslıq sahəsində mümkün tədqiqat aparmaq bacarıqlarının inkişafı

-Məktəblilər arasında informasiya mədəniyyəti bacarıqlarının formalaşdırılması. Yerli tarixin öyrənilməsində İnternet və informasiya texnologiyalarından istifadə.

Əsas istiqamətlər:

“Mənim yurdum” proqramı təhsil fəaliyyətinin aşağıdakı əsas sahələrini əhatə edir: tarixi, yerli irsin öyrənilməsi, ədəbiyyat və incəsənət sahəsində yerli tarix.

Dərslərin keçirilməsi formaları:

ekskursiyalar; ekspedisiyalar; arxivlərdə işləmək; konfranslar, dərslər,sənədlərlə işləmək; tədqiqat fəaliyyəti.

Proqramın həyata keçirilməsi mexanizmi:

-şəhər diyarşünaslıq muzeyinə ekskursiyaların təşkili;

-şəhər üzrə piyada gəzinti və yaxın rayonlara avtobus ekskursiyaları;

-materialların toplanması;

-ekskursiyalar üçün materialların rəsmiləşdirilməsi;

-müxtəlif yerli müsabiqələrində iştirak.

Gözlənilən(proqnozlaşdırılan)nəticələr:

-“Mənim yurdum” adlı proqram üzrə hər tədris ilinin sonunda yekun dərslər keçiriləcək və görülən işlər ümumiləşdiriləcəkdir.

-Hər ilin nəticəsi dərnək üzvlərinin müxtəlif yarışlarda iştirakı,dərnək üzvləri Şirvan şəhəri və ona yaxın bölgələrinin xalqlarının tarixi və mədəniyyəti haqqında biliklərə daha dərindən sahib olacaqlar.

-Şagirdlər doğma yurdlarının tarixi və mədəniyyəti ilə bağlı əldə etdikləri bilikləri tarix, ədəbiyyat və coğrafiya və digər dərslərində tətbiq edə biləcəklər.

Proqnoz:

uşaqların doğma yurdlarına olan sevgi hisslərinin inkişaf edəcəyi və güclənəcəyi gözlənilir; doğma diyarın tarixi və mədəniyyətini bilmək sayəsində vətənpərvər və vətəndaş şəxsiyyətinin formalaşması baş verəcəkdir.

Doğma yurdum” adlı proqramın icra formaları:

-Bölgəmizdə yaşayan xalqların məişət həyatının sərgilərini keçirmək.

-Regional diyarşünaslıq yarışlarında iştirak.

-Azərbaycan Respublikası üzrə müxtəlif turist və diyarşünaslıq yarışlarda iştirak etmək.

Tematik planlaşdırma



Birinci il.” Gözəlliklə Dünya xilas olar”

Dərnək üzrə birinci il üçün işin vəzifəsi məktəblilərdə şəhərimiz və ona yaxın bölgələr barədə emosional və estetik təsərrüatların formalaşdırılmasıdır. Bu mərhələdəki estetik kateqoriya gözəllik anlayışıdır- doğma təbiət, yaxşılıq anlayışı, doğma yurda məhəbbət anlayışı.

Mövzular

Məzmunu

Saatların

miqdarı

1

Diyarşünaslıq yerli tarix,doğma diyar haqqında elmdir.

İnsan və onun ətrafı. Diyarnünaslıq nəyi öyrənir. Diyarşünaslığın mənbələri. Yaradıcı tapşırıq; doğma yurdunuz haqqında şeirlər, atalar sözləri, zərb-məsəllər, kəlamlar toplayın.

2

2

Şəhərimiz öz gözəlliyi ilə tanınır.

Ərazinin təbiəti ilə tanışlıq. Əfsanələr və adət-ənənələr. Təbiətə hörmət hissinin artırılması.

3

3

Şirvan mənim yurdum.

Ərazinin fiziki-coğrafi xüsusiyyətləri. Coğrafi məkan. İqlim. Bitki aləmi. Fauna.

4

4

Tarixi insilərimiz.

Şirvan zonasının əfsanələri. Təbiət və tarixi abidələr. Şirvan Milli Parkı haqqında.

4

5

Şəhərimizin toponimi.

Toponimika elmi. Şirvan ərazisindəki yaşayış məntəqələrinin, coğrafi obyektlərin adlarının izahı.

3

6

Kür çayı

Çayın hazırkı vəziyyəti. Ekologiya

2

7

Doğma evim.

Şəhərə və Hacı Qəhrəmanlı və Bayramlı qəsəbələrinə ekskursiya.

5

8

Mənim nəslim.

Ailə şəcərəsi ilə tanışlıq. Ailə şəcərəsini yaratmaq.

2

9

Ədəbiyyatda, rəssamlıqda, musiqidə Şirvan şəhəri.

Ədəbi əsərlər, rəssamların, bəstəkarların əsərləri ilə tanışlıq.

3

10

Mən və doğma Şirvan şəhərim..

Doğma şəhərim 10 ildən sonra. Yeni qəsəbə layihələri yaradırıq.

2

11

İlkin qaynaqlardan

Doğma yurdumuza olan sevgi haqqında əfsanələr, hekayələr, şeirlər qoşuruq.

2

12

İl ərzində dərnəyin işinə yekun vurulur.

Yaradıcı hesabatlar. “Vətənim” adlı şagird elmi cəmiyyətinin işində iştirak.

2




Cəmi


34 saat.

İkinci il.” Çoxdan baş vermiş hadisələr”

Dərnəyin ikinci il üçün işinin vəzifəsi doğma diyarımızın keçmişinə maraq oyatmaq, şəhərimizdə yaşayan xalqları mədəniyyət və məişət həyatımızla tanış etmək, II Dünya və Qarabağ müharibəsində iştirak etmiş həmyerlilərimiz haqqında məlumat vermək.

1

Hər şey nədən başladı.

Diyarımız qədim dövrlərdə.Bölgədəki arxeoloji yerlər.

3

2

Əsrlərin yaddaşı.

Yerli diyarşünaslıq muzeyinə ekskursiya.

2

3

Kitablar nədən danışır.

Kitabxanalara ekskursiya. Yerli tarixi ədəbiyyatlar ilə işləmək.

2

4

İlk məskənlər

Şirvan şəhəri ərazisində ilk kəndlər. Burada yaşayanalrın həyatı və adər-ənənələri ilə tanışlıq. Arxiv materialları ilə iş.

4

5

ADR və Az.SSR

ADR və Az.SSR dövrlərində şəhərimiz

3

6

Hərənin öz taleyi var

Dəhşətli 1941-1945-ci illər. Qarabağ uğrunda həlak olmuşlar. Vətən uğrunda!

3

7

Bir metal parçasından döyüşlərdə və əməkdə şücaət üçün medal hazırlanır.

II Dünya müharibəsi illərində Şirvan ərazisi. Arxiv mənbələri ilə işləmək.


5

9

Mən müharibədə iştirak etmirəm, müharibə mənim daxilimdədir(İşğal olunmuş torpaqlarımız).

“Yaddaş” kitabları ilə tanışlıq. Sovet İttifaqı Qəhrəmanları. Milli Qəhrəmanlarımız. Müharibə ailəmin taleyindədir. Həmyerlilərimizin hərbi şücaəti.


6

10

Ailə albomundakı fotolar nə deyir.

Ailə albomundakı köhnə şəkillərdəki insanlar haqqında bir hekayə qurun. İnsan və tarix.

2

11

Küçə adlarında ölkəmin tarixi.

Şəhərimizdə, Hacı Qəhrəmanlı və Bayramlı qəsəbələrindəki küçələrinadları haqqında məlumat toplamaq

3

12

Dərnəyin işinə yekun vurmaq.

Dərnək rəhbərinin məruzəsi. Şagirdlərin çıxışları. Dərnək üzvlərinin yaradıcılıq əsərlərinin sərgisi.


1




Cəmi


34 saat





Əsədov Seyyub Əsəd oğlu -Şirvan şəhər T. Bağırov adına 11№-li tam orta məktəbin tarix müəllimi, 2015-ci ildə keçirilmiş “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi





Скачать

© 2019, 1433 2

Рекомендуем курсы ПК и ППК для учителей

Вебинар для учителей

Свидетельство об участии БЕСПЛАТНО!