СДЕЛАЙТЕ СВОИ УРОКИ ЕЩЁ ЭФФЕКТИВНЕЕ, А ЖИЗНЬ СВОБОДНЕЕ

Благодаря готовым учебным материалам для работы в классе и дистанционно

Скидки до 50 % на комплекты
только до

Готовые ключевые этапы урока всегда будут у вас под рукой

Организационный момент

Проверка знаний

Объяснение материала

Закрепление изученного

Итоги урока

Hülakülər (Elxanilər) dövründə Azərbaycan ərazisində memarlıq abidələri xarici alimlərin əsərlərində

Категория: Всем учителям

Нажмите, чтобы узнать подробности

Azərbaycan ərazisi XIII-XIV əsrlərdə dağıdıcı monqol yürüşləri nəticəsində işğal edildiyi üçün, yerli memarlıq öz inkişafında XI-XII əsrlərdəki yüksək səviyyəyə çata bilmədi. Bununla belə, çoxsaylı dağıntılara baxmayaraq, memarlıq hələ də inkişaf edir, bu sənətin gözəl nümunələri böyük miqdarda yaradılırdı. Buna bir neçə səbəb göstərmək olar.

Просмотр содержимого документа
«Hülakülər (Elxanilər) dövründə Azərbaycan ərazisində memarlıq abidələri xarici alimlərin əsərlərində»

Hülakülər (Elxanilər) dövründə Azərbaycan ərazisində memarlıq abidələri xarici alimlərin əsərlərində


Azərbaycan ərazisi XIII-XIV əsrlərdə dağıdıcı monqol yürüşləri nəticəsində işğal edildiyi üçün, yerli memarlıq öz inkişafında XI-XII əsrlərdəki yüksək səviyyəyə çata bilmədi. Bununla belə, çoxsaylı dağıntılara baxmayaraq, memarlıq hələ də inkişaf edir, bu sənətin gözəl nümunələri böyük miqdarda yaradılırdı. Buna bir neçə səbəb göstərmək olar. Bu səbəblərdən biri memarlıq ənənələrinin və Azərbaycan memarlıq məktəbinin mövcudluğu idi. O dövrdə Azərbaycan ərazisində bir neçə memarlıq məktəbləri -Aran, Naxçıvan, Şirvan-Abşeron, Təbriz və digər memarlıq məktəbləri mövcud olmuşdur. Mədəniyyətin, o cümlədən memarlığın inkişafının digər səbəblərindən biri də Elxanilərin hakimiyyətə gəldikdən sonra bu sahəyə göstərdikləri böyük diqqət idi. Maykl Burqanın monqollarla bağlı əsərində qeyd etdiyi kimi, tikinti layihələrinin hazırlanmasında Elxanilər dövlətinin məşhur tarixçisi, həkimi və baş vəziri Fəzlullah Rəşidəddin (1247-1318) böyük rol oynamışdır. Hülakülər (Elxanilər) mədəniyyəti və onun tərkib hissəsi olan Azərbaycan mədəniyyəti həmişə monqolların tarixini öyrənən alimlərin maraq dairəsində olmuşdur. Eyni zamanda, sırf bu dövrün memarlıq tarixinə həsr olunmuş kifayət qədər tədqiqatlar da vardır. Çox təəssüflər olsun ki, ingilisdilli tarixşünaslıqda bu problem ənənəvi olaraq “İran” mədəniyyətinin bir hissəsi kimi araşdırılır. Azərbaycan tarix elmi bu dövrün memarlıq tarixi problemini ümumi mədəni inkişaf kontekstində tədqiq etmişdir. Eyni zamanda ingilisdilli əsərlər ümumiyyətlə tədqiqata cəlb olunmamışdır. XIII-XIV əsrlərə aid Azərbaycan memarlığını təsnifat baxımından iki qrupa bölmək olar:

1. Mülki və müdafiə strukturları;

2. Dini və xatirə binaları.

İngilisdilli tarixşünaslıqda təsnifat məsələsi öz əksini tapmamışdır və mövcud məlumatlar çox fraqmentlidir. Donald Vilbur “İslam memarlığı” adlı əsərində Elxanilər dövrünə aid memarlıq abidələrinin kataloqunu tərtib etmişdir. O, bu kataloqda 119 tarixi abidənin adını çəkir ki, onlardan altısı Elxanilər dövlətindən əvvəlki dövrə, yəni XIII əsrin birinci yarısına aiddir. Elxanilər dövlətinin hüdudlarında yerləşən və bu dövlətin əsas mərkəzi olan Azərbaycan və Yaxın Şərqin ən məşhur memarlıq abidələri əsasən XIII-XIV əsrlərdə tikilmişdir. Nümunə olaraq Təbriz şəhərindəki Tacəddin Əli şah məscidini (hazırda Ərk qalasını), Sultaniyyə şəhərindəki Məhəmməd Ulcaytu məqbərəsini, Mərənd şəhərindəki Cümə məscidini və Marağa şəhərindəki günbəzləri göstərmək olar. Elxanilər dövrü Azərbaycan memarlığında xristian memarlığının elementləri və Çin motivləri mövcud olmaqda inkişaf etmişdir. Bunun əsas səbəbi Elxanilərin özləri tərəfindən Azərbaycan ərazisinə Çin memarlıq ənənələrinin yeridilməsi, həmçinin monqolların islam dininin müəyyən müddət ərzində məhv edilməsi və təqib edilməsi idi. Buna baxmayaraq, tikililərdə yerli memarlığın ənənəvi xüsusiyyətləri ilə yanaşı, İslam motivləri də əsas yer tuturdu. Mahmud Qazan xan (1295-1304) islamı ilk dəfə rəsmi dövlət dini elan etmişdir. İslam dinini dövlət dini elan etdikdən sonra islam ünsürləri ön plana çıxmağa başladı. Digər tərəfdən, islamın dövlət dini səviyyəsinə yüksəlməsi ilə 50 illik durğunluqdan sonra memarlıq sürətlə inkişaf etməyə başladı. İngilisdilli ədəbiyyatlarda mülki və müdafiə xarakterli binalardan daha çox dini və xatirə xarakterli binalar təsvir edilmişdir. Dini və memorial memarlıq abidələri arasında məscidlər, məqbərələr və mədrəsələr üstünlük təşkil edirdi. Əksər hallarda bu tipli binalar hansısa mürəkkəb strukturun tərkib hissəsi kimi yaradılmış və M. Burqanın qeyd etdiyi kimi, kompozisiya baxımından əvvəlkilərdən fərqli olmuşdur. XIII-XIV əsrlərdə məscid və məqbərələrin tikintisində böyük dəyişikliklər baş verdi. Keçmişdə məqbərə və məscidlərin ərazisi kiçik və sadə formada idi. İndi onlar, daha böyük və daha mürəkkəb formaya çevrildi: kvadrat forma ilə yanaşı, memarlar 6, 8 və hətta 12 tağ formalardan istifadə edirdilər. Tədqiqatçılar S. Korsavi və M. Əliabadinin qeyd etdiyi kimi, həm Səlcuqlu, həm də Elxanilər dövrünə aid memarlıq abidələri tədqiq edilərkən məscid və türbələrin çoxtərəfli formaları ilə yanaşı, dairəvi formalı günbəzlərə də rast gəlinir. Bu dövr Azərbaycan memarlığının digər əlamətdar göstəricisi günbəzlərin sayının və ölçülərinin dəyişməsi idi. Əvvəlki dövrlərdə günbəzlər daha kiçik olub, onların sayı birə bərabər idi. Elxanilər dövründə hündürlüyü 12 metrə çatan günbəzlərlə yanaşı, 57 metr hündürlüyündə günbəzlər də tikilmişdir. Bu tip günbəzin diametri 4,8 metrdən 16,7 metrə qədər dəyişirdi. XIII-XIV əsrlərdə Azərbaycan ərazisində memarlıqda 2 və ya 3 günbəzli tikililərdən istifadə edilmişdir. Bir qayda olaraq, onların 2 forması var idi - konus formalı və çoxtərəfli. Siyasi şəraitin təsiri altında türk mənşəli memarların müsəlman memarlığının inşasına cəlb olunması burada türk elementlərinin meydana çıxmasına səbəb olmuşdur. Belə tikililər əksər hallarda “Səlcuqlu” tikililəri adlanırdı. Səlcuqlardan sonrakı dövrdə iki mühüm inkişaf memarlığa nüfuz etməyə başladı. Birincisi, bərkidici kimi kiçik kərpiclərdən istifadə texnikasıdır. İkincisi, mavi çininin geniş yayılmasıdır. Hülakülər (Elxanilər) dövlətinin ən böyük paytaxt şəhəri Təbriz əsas mədəniyyət mərkəzi və memarlıq baxımından məhşur idi. Məşhur səyyah Marko Polo Təbrizi Şərqlə Qərbin kəsişməsində yerləşən ən gözəl şəhər hesab edirdi. O, şəhərdə böyük bazarın olması barədə yazsa da, lakin bu binaların, eləcə də şəhərdəki digər tikililərin memarlıq xüsusiyyətləri haqqında məlumat verməyibdir. XIII-XIV əsrlərin ən məşhur memarlıq kompleksləri - Qazaniyyə və Rəbi-Rəşidi də Təbrizdə yerləşirdi. Qazan xan tərəfindən 1297-ci ildə Şənbi Qazanın Təbriz ətrafında tikilmiş Qubbe-i Əli məqbərəsi 12 tağ çoxbucaqlı formada olmuşdur. Bu məqbərə Qazaniyyə kompleksinin bir hissəsi idi. Bu kompleksə həmçinin saray, iki mədrəsə, məscid, seyidlər ziyarətgahı, rəsədxana və kitabxana daxil idi. Bura həm də dövlət qurumlarına aid binalar və xəstəxana (dar-üş-şəfa) daxil idi. Bu kompleksə həmçinin böyük hovuz və fəvvarə də daxil idi. Rəbi- Rəşidi kompleksinə Təbrizin ən əzəmətli memarlıq abidələri daxil idi. Bu kompleksə 2 məscid, məktəb, kilsə, elmi müəssisə, 2 kitabxana, xəstəxana, hamam, karvansaray, dəyirman, kağız emalatxanası, əzzaxana, dükanlar və çoxsaylı bağlar daxil idi. Təəssüf ki, ingilisdilli tarixi ədəbiyyatda bu strukturların ətraflı təsviri yoxdur Ola bilsin ki, onların tikintisi zamanı Azərbaycan Hülakülər (Elxanilər) dövləti üçün ənənəvi olan memarlıq texnikası və vasitələrindən istifadə olunmuşdur. Paytaxtın bir şəhərdən digərinə köçürülməsi bu şəhərlərin memarlığında öz izini qoymamışdır. Əvvəlcə Marağa, Sultaniyyə və sonra Təbrizdə ən möhtəşəm binalar tikilmişdir. Paytaxt Sultaniyyə şəhərinə köçürüldükdən sonra burada ən gözəl və əzəmətli binalar da inşa edilmişdir. XIII-XIV əsrlərə aid memarlıq abidələrindən biri də öz təmtəraqlılığı ilə seçilən Məhəmməd Xudabəndə Ulcaytu xan (1304-1318) məqbərəsidir. Bu məqbərə Sultaniyə şəhərində Ulcaytunun əmri ilə 1305 - ci ildə inşa edilmişdir. P. Sayksın fikrincə, Məhəmməd Xudabəndə bu məqbərəni tikdirməkdə əsas məqsədi Kərbəlada həlak olmuş imam Hüseynin qalıqlarını Sultaniyyəyə köçürmək və burada dəfn etdirmək olmuşdur. Lakin o, planını həyata keçirə bilmədi və onun göstərişi ilə tikilən məqbərə Məhəmməd Xudabəndə Ulcaytunun özünün son sığınacağı oldu. Səkkizbucaqlı formada tikilmiş bu məqbərənin hər küncündə minarələr var idi. Bu tikili o dövrdə ən böyük bina idi. Divarlardakı daş təsvirlər və memarlıq formaları bu məqbərəni monqol dövrünün ən gözəl memarlıq əsərlərindən birinə çevirmişdir. İngilis alimləri araşdırmalarında memarlıq əsərlərini bəzəyən müxtəlif tipli yazıları diqqətdən kənarda qoymayıblar. ... Binaların təyinatından asılı olaraq müxtəlif məzmunlu yazılardan istifadə edilmişdir. Bu yazılar ən görkəmli yerlərdə quraşdırılmış çini plitələrin üzərində hazırlanmışdır. Məscidlər adətən Quran mətnləri ilə bəzədilmişdir. Digər strukturlarda isə rübailərdən, qəzəllər və şeirlərdən parçalardan istifadə edilmişdir. Məsələn, Abaqa xanın (1265-1282) göstərişi ilə 1272-ci ildə tikilmiş “Təxt-i Süleyman” sarayında aparılan arxeoloji qazıntılar nəticəsində 19 minə yaxın kitabələri olan çini qablar aşkar edilmişdir. Bu plitələr təkcə mətn yazmaq üçün deyil, həm də bəzək üçün istifadə olunmuşdur.

Azərbaycanın şimalında aşkar edilmiş bu tipli yazılar sufi məzmunu ilə dolu idi. Eyni yazılar Pir-Hüseyn xanəgahının çini lövhələrində də tapılmışdır. (P.S. tərcüməçidən; Azərbaycanı ələ keçirmək üçün uzun illər boyu mübarizə aparan Qızıl Orda qoşunu bu dəfə Kür çayına kimi gəlir və yol boyu əhalini soyur, kəndləri qarət edirdi. Bu zaman müsəlman dini abidələri də ziyan çəkirdi. Belə abidələrdən biri Şirvan şeyxi Pir Hüseyn (1071/72-ci ildə ölmüşdür) xanəgahı idi. ”Xanəgah Bakının 127 km-də, Pirsaat çayı sahilində, Bakı-Salyan ticarət-karvan yolu üzərində yerləşir. Pir Hüseyn xanəgahı Şirvan, Arran və ümumilikdə Azərbaycanın, eləcədə Gürcüstan və digər ölkə müsəlmanlarının müqəddəs hesab etdikləri bir yer idi. Xanəgahın zəngin təsərrüfatı, kitabxanası, küllü miqdarda sərvəti, o cümlədən qızıl külçələri də olmuşdur. Pir Hüseyn məqbərəsinin al-əlvan, yazılı-naxışlı kaşı bəzəkləri bu gün dünya muzeylərinin sərgilərini bəzəməkdədir. Pir Hüseyn məqbərəsi düşmən qoşunları tərəfindən tutulan zaman, məqbərənin sakinləri saysız-hesabsız Qızıl Orda qoşununun zülmündən xilas olmaq üçün kömək göndərilməsini xahiş edirlər. Onlar bildirirlər ki, məqbərəyə məxsus olan və vəqf torpaqlarında yaşayan kişi və qadınlardan bir çoxunu əsir aparmışlar və ələ keçən hər şey qarət edilmişdir. Belə ki, bu yerlərdən 30000 baş qoyun, 20000 baş mal-qara və qoşqu heyvanı aparılmışdır. Qızılordalı əsgərlər Pir Hüseyn məqbərəsində, əhalinin dini ibadətgahındakı qiymətli şeyləri də qarət etmişlər” (M. Nemətova. Azərbaycanda pirlər. Bakı.1985. səh.8-9). ”Əgər müqəddəs hesab edilən xanəgah belə qarətə məruz qalırdısa, Özbək xan qoşunlarının şəhər və kənd əhalisi ilə necə rəftar etdiyini başa düşmək çətin deyil”. Lakin sonradan Özbək xan Pir Hüseyn məqbərəsinə soxulmuş əsgərləri cəzalandırır və əmr edir ki, qarət olunmuş şeylər geri qaytarılsın, məqbərə pərəstiş yeri olduğuna görə, onun sakinlərinə aid əmlakın geri qaytarılması heç də saysız-hesabsız Qızıl Orda xanı Özbək xanın qoşununun Kürdən şimaldakı başqa yerlərdən qarət etdiyi əmlakın geri qaytarıldığı demək deyildir. ...).

Təxminən XIV əsrdə memarlar həm yazılar, həm də binaya xüsusi bəzək əlavə etmək üçün şirli çinidən istifadə etməyə başlamışlar. Belə çini plitələr Mərənd şəhərindəki karvansarada (Təbrizlə Culfa arasında) aşkar edilmişdir. Bu kitabə əsasən XIV əsrdə istifadə olunan kufi yazısındadır. XIV əsrin əvvəllərində Elxanilər dövrünün digər maraqlı memarlıq kompleksi İsfahandakı məqbərədir. Məşhur səyyah İbn Batuttanın hesabatlarında XIV əsrin əvvəllərində Şeyx Əbdül Səməd Əli əl-İsfahaninin məzarı haqqında məlumatlar vardır. Bu məlumatlara görə, Sührəverdi dini-fəlsəfi məktəbinin nümayəndəsi olan şeyxin məzarı bu kompleksin mərkəzində yerləşirdi. Məqbərənin ətrafında məscid və xanəgah var idi. Damı piramidaya bənzəyən şeyxin məqbərəsinin yaxınlığında 35 metrlik minarə ucalırdı. Ziyarətgah istisna olmaqla, qalan tikililər eyni ölçüdə bişmiş kərpicdən tikilmişdi. Yalnız ziyarətgahın altıbucaqlı binası iri dördbucaqlı kərpicdən hörülmüşdür. Kompleksin dekorasiyasında tünd və açıq mavi və ağ rəngli çini plitələrdən, həmçinin şirli kərpiclərdən istifadə olunmuşdur. Kompleksin tərkibinə daxil olan məscidin ayrıca minarəsi var idi. Elxanilərin istəyi və dəstəyi ilə memarlıq mədəni yüksəlişin əsas göstəricisi kimi Hülakülər (Elxanilər) dövlətinin ərazisində, o cümlədən Azərbaycanda böyük inkişaf etmişdir. Elxanilər dövlətində İslam dininin dövlət dini kimi bərqərar olması memarlığın inkişafına xüsusi təkan vermişdir.

Mənbə:bit.ly/43ncVBs

Rus dilindən tərcümə etdi:

Əsədov Seyyub Əsəd oğlu-Şirvan şəhər T. Bağırov adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin (2015-ci il), “Elektron Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı İnternet resursları” nominasiyası qalibi (2017-ci il), Respublika “Pedaqoji Mühazirələr”inin (2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə) təltifçisi, Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi (“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi).

İstinad:

https://sinxronfenler.blogspot.com/2024/03/hulakulr-elxanilr-dovrund-azrbaycan.html









Скачать

Рекомендуем курсы ПК и ППК для учителей

Вебинар для учителей

Свидетельство об участии БЕСПЛАТНО!