СДЕЛАЙТЕ СВОИ УРОКИ ЕЩЁ ЭФФЕКТИВНЕЕ, А ЖИЗНЬ СВОБОДНЕЕ

Благодаря готовым учебным материалам для работы в классе и дистанционно

Скидки до 50 % на комплекты
только до

Готовые ключевые этапы урока всегда будут у вас под рукой

Организационный момент

Проверка знаний

Объяснение материала

Закрепление изученного

Итоги урока

Het dövləti və het ordusu

Нажмите, чтобы узнать подробности

Het dövləti Anadolunun (Ön Asiya) şimal-şərq hissəsində Halis (indiki Qızıl İrmaq) çayının hövzəsində meydana gəlmişdir.

Просмотр содержимого документа
«Het dövləti və het ordusu»

Het dövləti və het ordusu

Het dövləti Anadolunun (Ön Asiya) şimal-şərq hissəsində Halis (indiki Qızıl İrmaq) çayının hövzəsində meydana gəlmişdir. Anadolu Qara, Mərmərə, Egey və Aralıq dənizləri ilə əhatə olunmuşdur. Anadolunun bu əlverişli coğrafi mövqeyi şərq və qərb arasında ticarətin inkişafına şərait yaradırdı. Buranın qədim əhalisi heç şübhəsiz ki, türkdilli xalqlar olmuşlar. Bu əraziyə het tayfalarının e.ə. III minillikdən də əvvəl gəldikləri barədə məlumatlar vardır. Misir yazılarında het adı “heta”, Tövratda “hitti” şəklində əks olunmuşdur. Het tarixi üzrə mənbələr arxeoloji qazıntılar zamanı əldə edilmişdir. İlk arxeoloji qazıntılar XIX əsrin II yarısında başlanmışdır. Bu zaman Türkiyənin ərazisində Ankaranın 150 km-də Boğazköy xarabalıqları və Şimali Suriyadakı Zəncirli kəndi yaxınlığında abidə tədqiq edilmişdir. Het dövlətinin qəti formalaşması Het hökmdarı Labarna (Tabarna) (e.ə.1680-e.ə.1650) dövrünə düşür. Ehtimal edilir ki, Labarna ad, Tabarna isə rütbə mənasında işlənmişdir. Qeyd etmək lazımdır ki, bu hökmdarların Qədim Azərbaycan dövləti Mannanın Qızılbunda vilayətinin hökmdarları ilə qohumluq əlaqələri də olmuşdur. E.ə. XV əsrdə hurri tayfalarının Anadoluya yürüşləri ilə əlaqədar Het dövləti tənəzzül dövrü keçirirdi. E.ə. XIV əsrdə Het hökmdarı I Suppilulimun (e.ə.1380-e.ə.1340) hakimiyyəti dövründə bu dövlət yenidən Ön Asiyanın ən qüdrətli dövlətinə çevrildi.

Hetlərin yaşadığı ərazidə əkinçilik və maldarlığın inkişafı üçün olduqca münasib şərait vardı. Het cəmiyyətinin hakim təbəqəsi azallar adlanırdı. Het qanunları olduqca hüquqi cəhətdən əsaslandırılmış qanunlar idi. Hetlərdə çox allahlılıq mövcud olmuşdur. Tufan allahı Tari ( Tanrı) hesab olunurdu.

E.ə. XII əsrdə “Dəniz xalqları”nın basqını ilə Het dövlətinin varlığına son qoyuldu. Təxminən e.ə. 1200-cü ildə Het dövləti tamamilə süquta uğradı. Het dövlətinin süqutundan sonra Anadoluda bir sıra dövlətlər yarandı. Bunlardan biri Frikiya idi. Yunan əfsanələrinə görə, Frikiya dövlətinin əsasını Qordi qoymuşdur. “Qordi düyünü” anlayışı onun adı ilə bağlıdır. Guya hökmdar Qordi arabasının boyunduruğunu yabanı gilas lifi ilə elə bağlamışdı ki, əsrlər boyu onu heç kim aça bilmirmiş. Əfsanəyə görə kim bu “Qordi düyünü”nü açsaymış, o, Asiyanın sahibinə çevriləcəkmiş. Makedoniyalı İsgəndər Şərq səfəri zamanı bu düyünü açmaq əvəzinə, qılıncla yarıya bölmüş və bundan sonra Asiyanı işğal etmək ona müyəssər olmuşdu. E.ə. VII əsrdə Frikiya dövləti öz varlığını itirdi. Frikiya torpaqları Lidiya dövlətinin tərkibinə qatıldı.

Het ordusunun təşkili, sayı, ənənələri, hərbi kampaniyadan əvvəl kəşfiyyat və təxribat işləri

Hetlər hərbi yürüşlərini çox dəqiqliklə hazırlayardılar. Yaxşı inkişaf etmiş casus şəbəkəsi düşmən qüvvələri və döyüşlərin getdiyi ərazi haqqında mühüm məlumatlar verirdi. Doğrudan da, ərazinin düzgün seçilməsi ordunun əsas silahı olan döyüş arabalarından istifadə edə biləyəcəyini müəyyənləşdirir. Hetlər həm də pusqu qurmağı, cinah yürüşləri etməyi və lazım gələrsə, gecələr hərəkət edərək düşməni çaşdırmaqda mahir idilər. Həlledici toqquşmadan əvvəl düşməni zəiflətmək üçün hetlər fəal şəkildə təxribat işləri aparırdılar. İnfeksiya və xəstəliklərin yayılması üçün xəstə heyvanlar və insanlar düşmən ərazisinə aparılardı. O dövrdə təsirli dərmanlar və ya antibiotiklər yox idi. Odur ki, uğurlu əməliyyatla, bütün qarnizon Het yürüşünün əvvəlində yararsız hala düşə və ya çox zəiflənə bilərdi.

Ordunun ümumi quruluşu və tərkibi

Het ordusu əvvəlcə piyada birlikləri tərəfindən dəstəklənən döyüş arabaları ətrafında qurulurdu. Əsas Xet ordusu paytaxt Hattusda (yaxud Hattuşda) yerləşirdi. Peşəkar qoşunların bir qismi köçəri xalqların ölkə sərhədlərinə doğru irəlilədiyi xüsusilə ölkənin şimal hissəsindəki qalalarda daimi yerləşdirilmişdi. Peşəkar döyüşçülər yerli hetlərin yaşadığı əyalətlərin başçıları tərəfindən seçilən könüllülər və ya işə götürülənlər idi. Peşəkar döyüşçüləri tamamlayan lu-qistukullar (“silahlı adamlar”), silahdan istifadəyə öyrəşmiş kəndlilər, ehtiyac yarandıqda orduya çağırılırdılar. Sülh dövründə ordu polis qüvvəsi kimi, eləcə də dini və ya milli bayramların şərəfinə ictimai işlər və paradlar üçün istifadə olunurdu. Hetlərin gücü dövlətlərini əhatə edən ittifaqlar sistemində idi. Fəth edilmiş xalqlar, bir qayda olaraq, müstəqilliklərini tamamilə itirmirdilər. Onlar xərac ödəmək, xarici siyasəti qadağan etmək və qoşun, adətən piyada qoşunları təmin etmək üçün müqavilələrlə bağlı idilər. Vassal qoşunları Xet dövlətinin hərbi qüvvələrinin demək olar ki, yarısını təşkil edirdi. Hərbi yürüşlərin 5000 ilə 10.000 əsgərdən ibarət ola biləcəyi təxmin edilir. Ekstremal şəraitdə ordunun sayı 30.000 əsgərə çatırdı (məsələn, eramızdan əvvəl 1280-ci ildə Kadeşdə Misir ordusuna qarşı bu qədər əsgər döyüşmüşdür). Dövlət əyalətlərə bölünürdü, het qoşunları hökmdarın ciddi nəzarəti altında olan canişinlərin komandanlığı altında yerləşdirilirdi. Əyalətlərdə qoşunların bütün hərəkətləri hökmdar tərəfindən idarə olunurdu.

Het döyüşçülərin andı

Hökmdarın ordu üzərində nəzarəti əsgərlər tərəfindən verilən xüsusi bir and növü ilə daha da gücləndirilmişdi. Onlar özləri ilə qadın paltarları gətirər, hökmdar və ailəsinə tam sədaqət and içərdilər. Əgər and pozulardısa, döyüşçülər həmişə and üçün gətirdikləri qadın paltarında gəzməli idilər. And içən əsgərlər özlərini tilsimlərlə hədələyərək hərbi andını “Belə olsun!” nidası ilə tamamlayardılar. Təsadüfi deyil ki, orduda üsyanlar digər ölkələrin orduları ilə müqayisədə çox nadir hallarda baş verirdi.

İstifadə edilmiş ədəbiyyat və resurslar:

1.Y.Yusifov. Qədim Şərq tarixi. Bakı 1993, səh. 228-249

2. http://bit.ly/3zxGvpF

Hazırladı: Əsədov Seyyub Əsəd oğlu - Şirvan şəhər T. Bağırov adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin (2015-ci il), “Elektron Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı İnternet resursları” nominasiyası qalibi (2017-ci il), Respublika “Pedaqoji Mühazirələr”inin (2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə) təltifçisi, Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi (“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi), Azərbaycan Respublikası “Təhsil Şurası” İB-nin İdarə Heyətinin üzvü


Скачать

Рекомендуем курсы ПК и ППК для учителей

Вебинар для учителей

Свидетельство об участии БЕСПЛАТНО!