СДЕЛАЙТЕ СВОИ УРОКИ ЕЩЁ ЭФФЕКТИВНЕЕ, А ЖИЗНЬ СВОБОДНЕЕ

Благодаря готовым учебным материалам для работы в классе и дистанционно

Скидки до 50 % на комплекты
только до

Готовые ключевые этапы урока всегда будут у вас под рукой

Организационный момент

Проверка знаний

Объяснение материала

Закрепление изученного

Итоги урока

Hansı ölkələr arasında III Dünya müharibəsi ola bilər

Категория: Всем учителям

Нажмите, чтобы узнать подробности

Müasir dövrdə bəzi dövlətləri idarə edənlər, çox ağıllı, çox savadlı, lakin vətənpərvər olmayan “strateq”lərdir.

Просмотр содержимого документа
«Hansı ölkələr arasında III Dünya müharibəsi ola bilər»

Hansı ölkələr arasında III Dünya müharibəsi ola bilər

“Müharibə iqtisadiyyatın davamıdır”

(V.İ. Lenin).

Müasir dövrdə bəzi dövlətləri idarə edənlər, çox ağıllı, çox savadlı, lakin vətənpərvər olmayan “strateq”lərdir.

Əfqan riyaziyyatçısı Sadiq Əfqan gələcək hadisələri proqnozlaşdırmaq üçün rəqəmlərdən istifadə etməklə tanınır. O, tarixin simvolik məqamlarını müəyyən etməyə qadir olan xüsusi bir düstur hazırlamışdır. Vaxtilə Sadiq SSRİ-nin dağılacağını, 11 sentyabr terror aktını və Barak Obamanın prezident seçiləcəyini proqnozlaşdırmışdı. Onun sözlərinə görə, III Dünya müharibəsi 2025-ci ildən sonra başlayacaq…ABŞ-da problemlər də 2025-ci ildən sonra başlayacaq. Amerikada hakimiyyətə sonuncu prezident gələcək və ölkə parçalana bilər. “300-lük Komitəsi” dünyanı idarə edir, hazırda müharibə Rusiya ilə Ukrayna arasında yox, Şərqlə Qərb arasında - mələklə şeytan arasında gedir. Amerika böyük şeytandır deyə Sadiq bildirib. Riyaziyyatçı Avropa Birliyinin parçalanmasının 2023-2027-ci illərdə başlayacağını proqnozlaşdırır. Resurs çatışmazlığı ucbatından Avropa “ayağımıza yıxılacaq”. Bir çox Avropa ölkələri yenidən öz milli valyutalarına keçmək məcburiyyətində qalacaqlar. Bundan başqa, 2023-2026-cı illər arasında bəşəriyyət yeni bir pandemiya ilə üzləşəcək. “Koronavirusun düsturuna baxanda onun kosmosda peyklər vasitəsilə yayılan bioloji və kimyəvi silah olduğunu bildirmişdim. Elm adamları yeni virus hazırlayırlar”. …Bu fikirlər məhşur əfqan riyaziyyatçısı sadiq Əfqana məxsusdur.

III Dünya müharibəsi ehtimalı II Dünya müharibəsi başa çatdıqdan sonra həmişə narahatlıq doğurur. Yetmiş ildən artıqdır ki, bəşəriyyət fövqəldövlətlər arasında böyük müharibənin qarşısını ala bilib. Lakin o vaxtdan bəri geosiyasi mənzərə kəskin şəkildə dəyişmişdir. Çinin yüksəlişi, İran və ABŞ arasında artan təcavüz, Hindistan və Pakistan arasında həll olunmamış münaqişələr hazırkı qeyri-sabit vəziyyətin yalnız bir neçə nümunəsidir. Bu yazıda biz Üçüncü Dünya Müharibəsinə səbəb ola biləcək ölkələrə daha yaxından nəzər salacağıq. Hindistan və Pakistan arasında uzun müddətdir davam edən münaqişədən başlayaq. İki ölkə 1947-ci ildə Britaniya hökmranlığından müstəqillik qazandıqdan sonra müharibə aparır. Onların arasında əsas mübahisə nöqtəsi illər ərzində üç böyük münaqişəyə səbəb olan mübahisəli Kəşmir bölgəsidir. 2003-cü ildə əldə edilmiş atəşkəs razılaşmasına baxmayaraq, sərhəddə atışmalar və toqquşmalar davam edir. Hər iki ölkənin nüvə silahına malik olması vəziyyəti daha da mürəkkəbləşdirir. Hərbi əməliyyatların genişlənməsi bütün dünya üçün fəlakətli nəticələrə səbəb ola bilər. ABŞ və Çinə gəlincə, bu iki qlobal supergüc arasında son illərdə münasibətlər gərgin olub. Tramp administrasiyasının Amerika sənayesini Çindən geri qaytarmaq və ticarət tarifləri tətbiq etmək siyasəti münasibətləri daha da pisləşdirib. “Huawei” şirkətinin baş direktorunun həbsi və ardınca ABŞ-ın Çin şirkətlərinə qarşı sanksiyaları vəziyyəti daha da gərginləşdirib. Bayden administrasiyası ticarət məsələlərində daha yumşaq mövqe tutsa da, gərginlik artmaqda davam edir. İki ölkə arasında ən böyük gərginlik ocağı Tayvanın statusudur. Çin Tayvanı öz ərazisinə daxil etməyə çalışarsa, ABŞ müdaxilə etmək məcburiyyətində qalacaq ki, bu da iki ölkə arasında silahlı münaqişəyə səbəb ola bilər. Yaxın Şərq onilliklər ərzində siyasi və hərbi çevrilişlərin ocağı olub və vəziyyətin yumşalma əlaməti yoxdur. İrana qarşı iqtisadi sanksiyalar yalnız son illərdə güclənib və ABŞ bu ölkəyə qarşı getdikcə aqressivləşir. 2022-ci ilin iyulunda İran, ABŞ və İran arasında müharibə başlayarsa, İsraili məhv edəcəyi ilə hədələyən bəyanat yaymışdı. Yəməndə Səudiyyə Ərəbistanı ilə husi üsyançıları arasında müharibə davam edir. Bundan başqa kürdlər, türklər, suriyalılar və iraqlılar arasında gərginlik yüksək olaraq qalır. Hər hansı bir hərbi əməliyyatların artması ABŞ, Rusiya və Çin kimi dünya güclərini cəlb edə bilər. Rusiya ilə Ukrayna arasında 2014-cü ildən bəri qızğın münaqişə davam edir. İki ölkə arasında münaqişə potensialı NATO, İran və Çinin iştirakı ilə daha da güclənir. Münaqişə şiddətlənərsə, bunun nəticələri təkcə Şərqi Avropa üçün deyil, bütün dünya üçün ağır ola bilər.

Yekun olaraq qeyd edim ki, III Dünya müharibəsi ehtimalı heç kimin düşünmək istəmədiyi qorxulu perspektivdir. Bununla belə, hazırkı geosiyasi mənzərə qeyri-sabitdir və böyük dövlətlər arasında gərginlik artmaqda davam edir. Bütün dünya liderlərinin konstruktiv dialoqa girməsi və münaqişələr nəzarətdən çıxmazdan əvvəl onların sülh yolu ilə həlli istiqamətində işləmələri çox vacibdir. Dünyanın taleyi bundan asılı ola bilər.

İstifadə edilmiş internet resusrları:

1.https://dzen.ru/a/Y11kvRefxShdGoIY

2.https://dzen.ru/a/ZLJwu5-h-FlX8T_U?from_site=mail

Rus dilindən tərcümə:

Əsədov Seyyub Əsəd oğlu - Şirvan şəhər T. Bağırov adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin (2015-ci il), “Elektron Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı İnternet resursları” nominasiyası qalibi (2017-ci il), Respublika “Pedaqoji Mühazirələr”inin (2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə) təltifçisi, Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi (“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi).



Скачать

Рекомендуем курсы ПК и ППК для учителей

Вебинар для учителей

Свидетельство об участии БЕСПЛАТНО!