СДЕЛАЙТЕ СВОИ УРОКИ ЕЩЁ ЭФФЕКТИВНЕЕ, А ЖИЗНЬ СВОБОДНЕЕ

Благодаря готовым учебным материалам для работы в классе и дистанционно

Скидки до 50 % на комплекты
только до

Готовые ключевые этапы урока всегда будут у вас под рукой

Организационный момент

Проверка знаний

Объяснение материала

Закрепление изученного

Итоги урока

“Fantom zaman fərziyyəsi”: hakimiyyətə can atan Roma Papası Orta Əsrlər tarixini uydurub?

Категория: История

Нажмите, чтобы узнать подробности

Orta əsrlərin heç vaxt baş vermədiyini iddia edən inanılmaz fərziyyəyə baxış.

“The Public Medievalist” onlayn jurnalının baş redaktoru və Smitson İnstitutunun elmi əməkdaşı Paul Stertevant tez-tez Orta Əsrlər Avropası haqqında ictimai çıxışlar edir.

Просмотр содержимого документа
«“Fantom zaman fərziyyəsi”: hakimiyyətə can atan Roma Papası Orta Əsrlər tarixini uydurub?»

“Fantom zaman fərziyyəsi”: hakimiyyətə can atan Roma Papası Orta Əsrlər tarixini uydurub?

Orta əsrlərin heç vaxt baş vermədiyini iddia edən inanılmaz fərziyyəyə baxış.

“The Public Medievalist” onlayn jurnalının baş redaktoru və Smitson İnstitutunun elmi əməkdaşı Paul Stertevant tez-tez Orta Əsrlər Avropası haqqında ictimai çıxışlar edir. Yazılarının birində qeyd ki, ən çox bəyəndiyi şey izləyicilərinin maraqlı suallarını cavablandırmaqdır. Adətən, natiq fikrini tamamlamazdan əvvəl cavabı hazır olurdu, lakin bir sual onu qəfildən yaxaladı. Əfsanəvi ingilis qulduru Robin Qudla bağlı mühazirə etdiyi zaman normal görünüşlü, “gözləri parıldayan” bir nəfər ayağa qalxıb sual verdi: ”Bəs birdən bütün bunlar yalandırsa necə?”.

P. Stertevant deyir ki, bu adam ümumiyyətlə Avropada 614-cü ildən 911-ci ilədək heç bir hadisələrin baş vermədiyini və bu dövrə aid bütün tarixi əsərlərin yalan olduğunu iddia edən psevdotarixi “xəyali zaman” və ya “fantom zaman” fərziyyəsini qəbul edənlərdən idi.

Fantom zaman fərziyyəsinin mənşəyi

Fantom zaman fərziyyəsi 1996-cı ildə mübahisəli bestseller olan “Das erfundene Mittelalter: Die grösste Zeitfälschung der Geschichte” (“İxtira edilmiş Orta əsrlər: tarixi zamanın ən böyük saxtakarlığı”) kitabının nəşri ilə diqqəti cəlb edən alman naşiri və həvəskar tarixçi Heribert İlligin ideyasıdır. İlliq öz tədqiqatında Yulian təqviminin (e.ə. 45-ci ildə Yuli Sezar tərəfindən təqdim edilmiş) tarixini hal-hazırda istifadə edilən Qriqorian təqviminin (eranın 582-ci ildə Roma Papası XIII Qriqori tərəfindən təqdim edilmiş) tarixi ilə müqayisə etmişdir. O, iddia edir ki, hesablamalarına görə, təxminən bu təqvimdə 297 il harasa yoxa çıxıb. Lakin İlliq bununla da dayanmır. O iddia edir ki, itkin düşən illər Papa II Silvestr və Müqəddəs Roma İmperatoru III Otto tərəfindən qurulan “sui-qəsdin” bir hissəsi kimi gizli şəkildə əlavə olunub. Eranın VIII əsrində yaşayan Orta Əsr elitasının bu nümayəndələri guya xronologiyanı elə tənzimləmək istəyirmişlər ki, onların hakimiyyəti 1000-ci ilə təsadüf etsin. Yəni İsa Məsihin doğulmasından düz min il sonraya təsadüf etsin. Hiylələrini gələcək nəsillərdən gizlətmək üçün Otto və Silvester uydurma hadisələri və şəxsiyyətləri təsvir edən Orta Əsr əlyazmalarını yaratmaq və köçürmək üçün katibləri işə götürlər. Bu əlyazmalar bütün Avropada monastır və kitabxanalara paylandıqdan sonra əsl tarix kimi qəbul edilir. İlliq iddia edir ki, onların (“saxta yazıların”) arasında frankların kralı və “Avropanın qurucusu” adlandırılan Böyük Karl və vikinqləri qovmuş İngiltərə kralı Böyük Alfred kimi məşhur tarixi şəxsiyyətlər də vardır. Bununla belə, İlliq Orta Əsrlərin bu dövrünü fantastika adlandıran yeganə yazıçı olmayıbdır. Onun fantom zaman fərziyyəsinin avrosentrik versiyası rus fərziyyəsi də mövcuddur. Moskva Dövlət Universitetinin riyaziyyat professoru Anatoli Fomenko tərəfindən irəli sürülən bu fərziyyədə, klassik Yunanıstan, imperator Roması, Çin sülalələri, firon Misiri və digər qədim cəmiyyətlərin əslində Orta Əsrlərdə mövcud olmadığı, sivilizasiyanın özü isə yalnız eranın 800-cü ilində başlandığı iddia edilir. Fomenkonun düzəliş etdiyi təqvim keçmişin eyni dərəcədə təhrif olunmuş versiyasını yaradır, burada

Əhdi-Cədid (Əhdi-cədid və ya Yeni and - xristian Müqəddəs yazılarının ikinci bölməsi. Əhdi-cədidə həmçinin İncil kitabı deyirlər) Əhdi-Ətiqdən (Əhdi-ətiq və ya Əhdi-qədim - Bibliyanın həcmcə daha böyük, birinci bölməsi. 39 kitabdan ibarət olub, e.ə. III-II əsrlərdə tamamlanmışdır) əvvəl yazılmışdır, Troya müharibəsi və Səlib yürüşləri də eyni dərəcədə münaqişəlidir. Çingiz xan və Hun hökmdarı Atilla eyni şəxs olmuşlar....

Hipotezi təkzib etmək

Əksər fantastikalar kimi, fantom zaman fərziyyəsi də özündə kiçik bir həqiqət payını ehtiva edir. Məsələn, Erkən Orta Əsr əlyazmalarının böyük əksəriyyəti həqiqətən də itirilmiş orijinalların surətləridir ki, bu da bəzi detalların düzgünlüyünü şübhə altına alır. Bu da həqiqətdir ki, Avropa təqvimi bir neçə dəfə dəyişdirilib və bir çox riyazi istedadlı rahiblər Milad, Pasxa və digər dini bayramlar üçün uyğun tarixlər tapmaq üçün “teoloji mina sahəsini tapdalayıblar”. Nəhayət, bu da həqiqətdir ki, tarixin çox hissəsini, xüsusən də Qədim və Orta Əsrlər tarixini qaliblər yazmışlar. Bütün tarixi sübutlar, təqvimlər də daxil olmaqla, sağlam bir “skeptisizm dozası” ilə öyrənilməlidir. Lakin fantom zaman fərziyyəsi daha yaxından araşdırıldıqda yoxa çıxır. Avropa qitəsində Erkən Orta Əsrlərə aid orijinal əlyazmalar çox olmasa da, Asiya, Afrika, Avstraliya və Amerikadan olan sənədlər və artefaktlar bu “itirilmiş əsrlərin” həqiqətən mövcud olmasına inandırıcı sübutlar təqdim edir. “İtkin əsrlər”in sübutunu təbiətdə də tapmaq olar. Ağac halqaları zamanın keçidini qeyd edir və günəş tutulması kimi astronomik hadisələrlə bağlı Qədim və Orta Əsr sənədləri onların müşahidəçilərinin müxtəlif dövrlərdə yaşadığını göstərir. Fantom zaman fərziyyəsinin nə üçün ortaya çıxdığını və bir çox qeyri-akademiklər üçün niyə bu qədər cəlbedici qaldığını müzakirə edərkən, tarixçi və “Perspectives on History” (Tarixi perspektivlər”) jurnalının redaktoru Leland R. Qriqoli siyasətə və ideologiyaya müraciət edir: “Xəyali zaman fərziyyəsi həm də çox uzun müddətdir ki, bəzi fərziyyələrin məhsuludur. Orta Əsr tədqiqatlarını təqib etməyə davam edən canlı ruhdur. O, məsələn, bu sahəni çoxdan müəyyən edən və Avropadan kənarda hər hansı qədim tarixin ola biləcəyini unudan (yaxud inanmayan) millətçi avrosentrizmə əsaslanır”.

Elm sui-qəsdə qarşı

Fantom zaman fərziyyəsi ciddi elmi iş kimi maskalanan bir tarixə sui-qəsd nəzəriyyəsidir. Baxmayaraq ki, bu da, maraqlı suallar doğura bilər - “Müasirlikdən əvvəlki dövrdə bəşəriyyət bir günü, bir ayı, bir ili unuda bilərmi?” - deyə Stertevant soruşur. Bütün ağlasığmazlığına baxmayaraq, fərziyyəni təkzib etmək də Avropa tarixi ilə bağlı bir müşkül məsələdir. Bu qismən ona görədir ki, bu nəzəriyyələr daha çox emosionaldır; itkin üç əsrə olan inamı faktlarla aradan qaldırmaq çətindir, çünki o, hər şeydən əvvəl, hakimiyyətə köklü inamsızlığa əsaslanır. Jurnalist Reks Sorqats “Dezinformasiya Ensiklopediyası” (“Энциклопедия дезинформации”) adlı kitabında qeyd etdiyi kimi, “Hər bir tarixi inkarın etibarlı olması təsdiq tələb edir, yoxsa bütün xronoloji sistem məhv ola bilər. Axı, Böyük Karlın varlığına nə qədər inanmağınızın əhəmiyyəti yoxdur, önəmli olan bunu sübut edib-etməməyinizdir?”. Maraqlı nöqteyi-nəzərdir... Amma digər tərəfdən, onun mövcud olmadığını sübut edə bilərsinizmi?...

Mənbə: bit.ly/47vRSxa

Rus dilindən tərcümə etdi:

Əsədov Seyyub Əsəd oğlu-Şirvan şəhər T. Bağırov adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin (2015-ci il), “Elektron Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı İnternet resursları” nominasiyası qalibi (2017-ci il), Respublika “Pedaqoji Mühazirələr”inin (2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə) təltifçisi, Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi (“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi).

İstinad:

https://sinxronfenler.blogspot.com/2024/01/fantom-zaman-frziyysi-hakimiyyt-can.html



Скачать

Рекомендуем курсы ПК и ППК для учителей

Вебинар для учителей

Свидетельство об участии БЕСПЛАТНО!