СДЕЛАЙТЕ СВОИ УРОКИ ЕЩЁ ЭФФЕКТИВНЕЕ, А ЖИЗНЬ СВОБОДНЕЕ

Благодаря готовым учебным материалам для работы в классе и дистанционно

Скидки до 50 % на комплекты
только до

Готовые ключевые этапы урока всегда будут у вас под рукой

Организационный момент

Проверка знаний

Объяснение материала

Закрепление изученного

Итоги урока

Cəlaləddin Məhəmməd Münəccim Yəzdi və onun “ Tarixi - Abbasi” əsəri

Категория: История

Нажмите, чтобы узнать подробности

   Bu məqaləmdə Şah I Abbas, onun hakimiyyəti dövründə ictimai -siyasi hadisələrdən bəhs edilir.

 

Просмотр содержимого документа
«Cəlaləddin Məhəmməd Münəccim Yəzdi və onun “ Tarixi - Abbasi” əsəri»

Cəlaləddin Məhəmməd Münəccim Yəzdi və onun “ Tarixi - Abbasi” əsəri


Keçilmiş yolun güzgüsü olan tarix həmişə xalqa bəşəriyyətin inkişafında baş verən dəyişiklikləri keçmişin təcrübə sınağı əsasında təfəkkür süzgəcindən keçirməyə kömək edir. Azərbaycan tarixində böyük rolu olan orta əsrlər dövrü xüsusi əhəmiyyətə malikdir. Lakin qeyd etmək lazımdır ki, Azərbaycan tarixinin bu dövrü lazımınca tədqiq edilməmişdir. Xüsusən XIII- XVII əsr Azərbaycan tarixinin öyrənilməsində mənbələrin və elmi monoqrafiyaların rolu əvəzsizdir. Azərbaycanın ictimai- iqtisadi və siyasi həyatının öyrənilməsində belə əsərlərin tədqiqatı və yenidən nəşr olunmasının böyük əhəmiyyəti vardır.

Belə mənbələrdən biri də Cəlaləddin Məhəmməd Münəccim Yəzdinin “ Tarixi- Abbasi” əsəridir. Mövzu yazılarkən görkəmli tarixçi alim, XIII- XVII əsrlər dövrünün usdad bilicisi, mərhum professor Seyidağa Onullahinin “ Cəlaləddin Münəccim Yəzdi və onun Tarixi- Abbasi “ əsəri haqqında 1972-ci ildə nəşr olunmuş məqaləsindən bəhrələnmişəm.

Cəlaləddin Məhəmməd Münəccim Yəzdinin həyat və yaradıcılığı haqqında istər tarixi mənbələrdə, istərsədə ədəbiyyatda dolğun məlumata rast gəlmirik. S. Onullahi yazır ki: “Yəzdi ilə bir dövrdə yaşamış İsgəndər Münşi onun I Şah Abbasın baş münəccimi olduğunu göstərir.Haqqında söhbət etdiyimiz Yəzdinin oğlu Kamal “ Zübdət- üt- təvarix” adlı əsərində atasını sadəcə Cəlal Münəccim adlandırmış, Kamalın oğlu və Yəzdinin nəvəsi də eyni ilə babasının adını daşımışdır. Onun da əsəri “ Tarixi- Abbasi” adlanmışdır . Buna görə də heç təsadüfi deyil ki, çox tarixçilər baba ilə nəvəni və onların əsərlərini qarışdırmışlar”.

Əsərin nə vaxt yazılması haqqında dəqiq məlumat yoxdur. Gorkəmli alim S. Onullahi yazır ki, “ ... müəllifin 1619- cu ildə vəfat etdiyini nəzərə alaraq, əsərin XVII əsrin ilk onilliyində yazıldığını ehtimal etmək olar.”

XVII əsrin fransız səyyahı Tavrinye baş münəccimləri dövrün hökmdarlarının ən yaxşı məsləhətçiləri olduğunu qeyd etmişdir. Dini münasibətlər, sülh və ya müharibə, hərbi taktika, qala salınması və sair bu kimi mühüm işlər haqqında şahın rəyi əsasında münəccimbaşı hökm verirdi.Sadə dillə desək, şah öz fikrini münəccimbaşıya dedizdirirdi.

Azərbaycanın böyük mütəfəkkiri M. F. Axundov İsgəndər Münşinin “Tarixi- alami- arayi- Abbasi” əsərindən götürülmüş faktlar əsasında yazdığı “Aldanmış Kəvakib” və ya “Hekayəti Yusif Şah” adlı məhşur satirik əsərində Yusif Sərracın başına gələn əhvalatlarda Münəccimbaşı Cəlaləddin Məhəmməd Yəzdinin tarixi rolunu çox şişirtmişdir. Halbuki Yusif Sərracın üç gün şah olub sonra öldürülməsi tarixi həqiqət olaraq I Şah Abbasın göstərişi ilə həyata keçirilmişdir.Cəlaləddin isə I Şah Abbasın əmrinin həyata keçirilməsində münəccim rolunu oynamışdır.

Təbrizi osmanlılardan geri almaq üçün yürüşə çıxmaq istəyən I Şah Abbasın fikrini ifadə edən Münəccimbaşı hərəkət vaxtını təyin edir.( 16.VIII.1603) Dövlət əhəmiyyətli tikililərin yerinin təyin edilməsi, eləcədə təmir olunmasının vaxtı da Münəccimbaşının göstərişi ilə həyata keçirlirdi. Hətta iş o yerə çatmışdı ki, xarici səfir və səyyahların I Şah Abbas ilə görüşü də Cəlaləddin Məhəmməd Münəccim Yəzdinin məsləhəti ilə olurdu. Lakin bütün bunlar heç də münəccimbaşının yüksək mövqe tutması ilə izah olunmur, əksinə şah öz demək istədiyini münəccim vasitəsilə deyirdi. Bu mahir bir diplomatik taktika idi.

1618-ci il yanvarın 4-də, Mazandaranda, I Şah Abbasın görüşünə gəlmiş İtaliya səfiri Petro Della Vallenin şah tərəfindən qəbulu Cəlaləddin Məhəmməd Münəccim Yəzdinin məsləhəti ilə təxirə salınmışdı.Bu barədə Petro Della Vallen belə yazırdı:” Güman edirəm ki, şah məni o günlərdə qəbul etməmək üçün münəccimbaşının hökmünü bəhanə gətirmişdir... şah əcnəbiləri asanlıqla qəbul etmirdi.Xüsusilə bir müddət onları intizarda saxlayırdı ki, məqsəd və əhvalını ətraflı öyrənib yoxlasın....”. ( Əlavə məlumat üçün bax: Az. SSR EA xəbərləri, tarix, fəlsəfə və hüquq seriyası, 1972 № 2.)

Yəzdinin I Şah Abbasın yanında münəccim kimi işlədiyini 1587-ci ildən qəbul etsək, deməli “Tarixi- Abbasi” əsərinin müəllifi ölümünə qədər( 1618/ 19) 29 il I Şah Abbasın baş münəccimi olmuşdur.

“ Tarixi- Abbasi” əsəri səlnamə tipli əsərdir. Bu əsər Qafqaz və Orta Şərqin tarixini öyrənmək üçün mühüm mənbədir. Müəllif təsvir etdiyi hadisələrin əksəriyyətinin müşahidəçisi və iştirakçısı olduğu üçün, əsər xüsusi əhəmiyyət kəsb edir.

Əsərdə Təbriz, Naxçıvan, Gəncə, Dərbənd, Şamaxı və Bakının osmanlı işğalından azad edilməsi uğrunda gedən müharibələrin şərhi daha konkret və ətraflıdır.Bakının osmanlı qoşunlarından geri alınmasının təsviri olduqca maraqlıdır.Bu hadisələr zamanı Ziyaəddin Bakuvinin adı çəkilir. O dövrdə bu şəxs xalq qəhramanı kimi tanınırdı. O, 3 dəfə həbs olunub, lakin həmişə osmanlı həbsxanasından qaçmış və işğalçılara qarşı mərdliklə vuruşmuşdur.( Bax: S.Əsədli VIII sinif Azərbaycan tarixi dərsliyində toxunulmayan bəzi məqamlar.”İşıq” qəzeti. Yanvar 2005-ci il.).

Yəzdi 1603-cü il hadisələrindən danışarkən Azərbaycanda olan qalaların açarının I Şah Abbasa verildiyini qeyd edir. Bu qalalar aşağadakılardır: Təbriz, Xoy, Marağa, Ordubad, Naxçıvan, Əlincə, Mərənd və s. bundan başqa,Şimali Azərbaycanda - Dərbənd, Bakı, Ağdaş, Qəbələ, Ağsu,Salyan, Ərəş, Şəki, Tovuz və s.qalaların da adları çəkilir. Məhz bu əsərdən bəlli olur ki, XVI əsrin sonu XVII əsrin əvvəllərində Salyan qalası mövcud olmuş,bu qala Səfəvi dövlətinin ən çox əhəmiyyət verdiyi hərbi- strateji mövqelərindən biri olmuşdur.Əsərdə Bakı, Gəncə qalalarının bərpa edilməsindən, Cəlalilər hərəkatından ətraflı məlumat verilməklə yanaşı, görkəmli dövlət xadimi, tarixçi və şair Hatəmbəy Ordubadi haqqında da qiymətli məlumatlar verilir.

Bu mənbənin əsas cəhəti odur ki, başqa əsərlərdə olmayan məlumatlar çox dəqiqliklə verilir.

Elə məsələlər vardır ki, onların Azərbaycan tarixi dərsliklərində öz əksini tapması şagirdlərdə elmi marağı artırmaqla yanaşı, əxlaqi tərbiyəyə böyük təsir edər, onlarda vətənsevərlik, dövlətçiliyə məhəbbət hissini daha da gücləndirmiş olardı.





Seyyub Əsədov

Şirvan şəhər T.Bağırov adına 11№-li tam orta məktəbin tarix müəllimi,

Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2015 - ci il tarixli sərəncamı ilə “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi




Скачать

Рекомендуем курсы ПК и ППК для учителей

Вебинар для учителей

Свидетельство об участии БЕСПЛАТНО!