СДЕЛАЙТЕ СВОИ УРОКИ ЕЩЁ ЭФФЕКТИВНЕЕ, А ЖИЗНЬ СВОБОДНЕЕ

Благодаря готовым учебным материалам для работы в классе и дистанционно

Скидки до 50 % на комплекты
только до

Готовые ключевые этапы урока всегда будут у вас под рукой

Организационный момент

Проверка знаний

Объяснение материала

Закрепление изученного

Итоги урока

Baykott haqqında

Категория: Всем учителям

Нажмите, чтобы узнать подробности

1832-ci il mart ayının 12-də Çarlz Kanninqem Boykott anadan olmuşdur. Böyük Britaniya ordusunun kapitanı təqaüdə çıxdıqdan sonra İrlandiyada böyük bir torpaq sahəsini idarə etmək xidmətinə daxil olur.

Просмотр содержимого документа
«Baykott haqqında»

Baykott haqqında

1832-ci il mart ayının 12-də Çarlz Kanninqem Boykott anadan olmuşdur. Böyük Britaniya ordusunun kapitanı təqaüdə çıxdıqdan sonra İrlandiyada böyük bir torpaq sahəsini idarə etmək xidmətinə daxil olur. Çarlz öz mülahizəsinə əsasən etibarsız fəhlə və icarədarları amansızlıqla işdən çıxarırıdı. O dövrdə yerli mətbuat yazırdı: “O, mal-qara ilə insanlardan daha yaxşı davranır”. Tezliklə qəzəblənən yerli fermerlər Boykotun torpağında işləməkdən imtina etdilər və onu yerli camaatdan təcrid etmək üçün kampaniyaya başladılar: ona poçt çatdırmağı dayandırdılar, qonşular danışmaqdan imtina etdilər, insanlar kilsədə onun yanında oturmurdular. İnsanların Çarlza güldüyü və portreti olan vərəqələri yandırdıqca Boykotta ancaq bu hadisələri qəzəblə izləmək qaldı. Ona qarşı aparılan kampaniya Britaniya mətbuatında rezonansa səbəb oldu, milli qəzetlər hadisələri işıqlandırmaq üçün Qərbi İrlandiyaya müxbirlər göndərirdilər. Lakin Boykott təslim olmadı: o, qonşu mahaldan 50 ştreykbrexer (almanca- tətil pozucusu, hərfi mənada “staçkolom”, yəni tətili qırmaq. Tətil zamanı ümumiyyətlə yan tərəfdən işə götürülən, tətildə iştirak etməyi və tətilləri dəstəkləməyi rədd edən, tətilçilərlə mübahisəsində rəhbərliyin tərəfini tutan və tətil zamanı işə gedərək dəstəkləyən şəxs. Məcazi mənada satqın, ümumi maraqların xaini mənasını verir) cəlb etdi, lakin onların mülkdə qalması bir sıra gözlənilməz çətinliklərlə qarşılaşdı. Ya ehtiyatları olan nəqliyyat hardasa yoxa çıxdı, ya da pulun göndərilməsi anlaşılmaz şəkildə gecikdi və s. və il. Muzdlu işçilər nə kənddə özlərini göstərməyə, nə də qaladan uzağa işə getməyə cəsarət etmirdilər. Belə yaşayış şəraitinə tab gətirmək çətin idi və buna görə də muzdlular tezliklə Boykotu tərk etdilər. Hökumət etirazçılarla mübarizə aparmaq üçün əhəmiyyətli səylər göstərməli oldu - məhsulu qorumaq üçün nizami ordunun bir alayı və min İrlandiya polisi göndərdi. Ümumilikdə, hökumət təhlükəsizlik üçün 10.000 funt sterlinq xərclədi, məhsulun ümumi dəyəri isə cəmi 350 funt sterlinqdən çox olmadı. Görülən tədbirlər öz nəticəsini verdi: insanlarla sərt davranan Çarlz Kanninqem Boykott hər şeyi atıb İrlandiyanı tərk etdi. O vaxtdan bəri bütün dünya qeyri-zorakı etirazın yeni üsulu olan - boykot adlanan məhfumu tanıdı. Boykot-sosial, siyasi, aldadılma səbəblərinə görə könüllü şəkildə şəxsin, təşkilatın və ya ölkənin məhsullarını almaq, satmaq və ya mübadilə etməkdən qəsdən yayınması aktına verilən addır. Boykotun əsas məqsədləri isə iqtisadi itkiləri bacarılan qədər minimum səviyyəyə qədər aşağı salmaq, mənəvi alçaqlıqları ön plana çəkmək üçün, məqsədəuyğun bir davranışı dəyişdirməyə məcbur etməyə çalışmaqdır.

İstifadə edilmiş resurslar:

1.bit.ly/43hASKc

2.https://az.wikipedia.org/wiki/Boykot



Скачать

Рекомендуем курсы ПК и ППК для учителей

Вебинар для учителей

Свидетельство об участии БЕСПЛАТНО!