СДЕЛАЙТЕ СВОИ УРОКИ ЕЩЁ ЭФФЕКТИВНЕЕ, А ЖИЗНЬ СВОБОДНЕЕ

Благодаря готовым учебным материалам для работы в классе и дистанционно

Скидки до 50 % на комплекты
только до

Готовые ключевые этапы урока всегда будут у вас под рукой

Организационный момент

Проверка знаний

Объяснение материала

Закрепление изученного

Итоги урока

Azerbaycan tarixi. IX sinif. KSQ № 2 (I ve II variantlar)

Категория: История

Нажмите, чтобы узнать подробности

Burada IX sinif Azərbaycan tarixindən KSQ № 2( I və II variantlar) verilir. İstifadə etmək hüququnuz vardır. 

Просмотр содержимого документа
«Azerbaycan tarixi. IX sinif. KSQ № 2 (I ve II variantlar)»

KSQ № 2 (I variant)

Sinif IX (----)

Fənn:Azərbaycan tarixi Tarix:________________________ Soyadı_______________________ adı__________________________

1.XIX əsrin son rübündə Azərbaycanda kəndli hərəkatının ən geniş yayılmış forması idi:

A) Fəhlə tətilləri

B) Üsyanlar

C) Dövlətə qulluq etmək

D) Qaçaq hərəkatı

E) Qiyamlar

2.Qaçaq Nəbinin qətlə yetirilməsindən neçə il keçmişdir?

A) 120 il

B) 100 il

C) 20 il

D) 1506 il

E) 16 il

3.Tətil :

A) Yay aylarında dincəlmək deməkdir

B) Fəhlələrin işi kütləvi və mütəşəkkil qaydada dayandırıb tələblər irəli sürmələridir

C) Dövlət əleyhinə üsyan deməkdir

D) Qaçaq hərəkatıdır

E) Texniki təhlükəsizlik deməkdir

4. Qacarlar dövlətində ikinci paytaxt rolunu oynayırdı:

A) İsfahan

B) Tehran

C) Təbriz

D) Urmiya

E) Bakı

5.Şah tərəfindən dövlət qarşısında hərbi xidmətə görə yarımköçəri tayfalara verilən torpaq mülkiyyət forması:

A) Xalisə

B) Tiyul

C) İlati

D) Mülk

E) Vəqf

6.Yardar adlanırdı:

A) Torpaqsız kəndlilər

B) Kiçik torpaq sahəsi olan kəndlilər

C) Böyük torpaq sahəsi olan kəndlilər

D) Bəy torpağında işləyən kəndlilər

E) Dövlət torpağında işləyən kəndlilər

7.”baş pulu” vergisi ödənilirdi:

A) Sənətkarlar, hazırladıqları məhsula görə

B) Tacirlər, satdıqları məhsula görə

C) Müəssisə sahibləri, sexlərinin sayına görə

D) Maldarlar, heyvanların sayına görə

E) Möhtəkirlər, qazanclarına görə

8.Komprador burjuaziya adlanır:

A) Daxili bazarla xarici şirkətlər arasında vasitəçilik edən sahibkarlara

B) Xaricdə mal satan tacirlərə

C) Daxili ticarətlə məşğul olan tacirlərə

D) Yerli camaata nisyə mal verən tacirlərə

E) Fəhlələrə

9. Təbrizdə “Tənbəki üsyanı” baş verdi:

A) 1886-cı ildə

B) 1891-ci ildə

C) 1848-ci ildə

D) 1872-ci ildə

E) 1898-ci ildə

10. 1898-ci ildə Zeynəb paşa adlı qadının rəhbərliyi ilə Təbrizdə baş vermiş üsyan yönəlmişdi:

A) Taxıl möhtəkirliyinə qarşı

B) Tütün möhtəkirliyinə qarşı

C) Parça möhtəkirliyinə qarşı

D) ingilis Talbota qarşı

E) Dövlət torpaqlarının satılmasına qarşı

11.Şimali Azərbaycanda ilk qəza məktəbi açıldı:

A) 1736-cı ildə, Təbrizdə

B) 1829-cu ildə, Şəkidə

C) 1830-cu ildə, Şuşada

D) 1857-ci ildə, Bakıda

E) 1872-ci ildə, Dərbənddə

12. 1876-cı ildə Qoridə açılmış Cənubi Qafqaz Müəllimlər Seminariyasının Azərbaycan şöbəsi fəaliyyətə başladı:

A) 1879-cu ildə

B) 1880-ci ildə

C) 1877-ci ildə

D) 1887-ci ildə

E) 1891-ci ildə

13. “Dəli Kür” adlı Azərbaycan kinofilmində uşaqları Qori seminariyasına oxumaq üçün aparmağa gəlmiş müəllim “urus” kim idi?

A) M.F. Axundzadə

B) A. Çernyayevski

C) H. Mahmudbəyov

D) S.M. Qənizadə

E) Rəssam Klerjenin

14. 1894-cü ildə Bakıda ilk qiraətxana təşkil etmişdir:

A) Yaqub Mahmudov

B) Aleksey Çernyayevski

C) Həbib bəy Mahmudbəyov

D) Sultan Məcid Qənizadə

E) Nəriman Nərimanov

15.Bu əsərlərdən biri A.A. Bakıxanova məxsusdur:

A) “Qarabağnamə”

B) “ Qarabağ tarixi”

C) “Gülüstani-İrəm”

D) “Şəki xanlarının müxtəsər tarixi”

E) Qubalı Fətəli xanın həyatı”

16. XIX əsrAzərbaycanın məhşur coğrafiyaşünas səyyahı:

A) Yaqub Mahmudov

B) Abbasqulu ağa Bakıxanov

C) Həbib bəy Mahmudbəyov

D) Sultan Məcid Qənizadə

E) Hacı Zeynalabdin Şirvani

17. “Rusiya şərqşünaslıq elminin atası” adlandırılmışdır:

A) Yaqub Mahmudov

B) Mirzə kazım bəy

C) Həbib bəy Mahmudbəyov

D) Sultan Məcid Qənizadə

E) Hacı Zeynalabdin Şirvani

18. Ölkəmizdə ilk dəfə neft kimyası üzrə elmi laboratoriya yaratmış görkəmli azərbaycanlı alim:

A) Yaqub Mahmudov

B) Möhsün bəy Xanlarov

C) Həbib bəy Mahmudbəyov

D) Sultan Məcid Qənizadə

E) Hacı Zeynalabdin Şirvani

19. “Əkinçi” qəzetinin birinci nömrəsinin çap edilməsindən neçə il keçmişdir?

A) 141 il B) 120 il C) 100 il D) 2016 il

E) 11 il

20. Milli mətbuatımızın banisi sayılır:

A) Yaqub Mahmudov

B) Həsən bəy Zərdabi

C) Mirzə Fətəli Axunzadə

D) Sultan Məcid Qənizadə

E) Hacı Zeynalabdin Şirvani

21. Milli dramaturgiyanın banisidir:

A) Yaqub Mahmudov

B) Həsən bəy Zərdabi

C) Mirzə Fətəli Axunzadə

D) Sultan Məcid Qənizadə

E) Hacı Zeynalabdin Şirvani

22. Milli teatrın yaranmasından neçə il sonra “Kəşkül” qəzeti nəşr olundu?

A) 25 il B) 1 il C) 15 il D) 10 il E) 2016 il

23.”Millət atası” adını qazanmış H. Z. Tağıyev Bakıda ilk teatr binası tikdirdi:

A) 1879-cu ildə

B) 1873-cü ildə

C) 1883-cü ildə

D) 1895-ci ildə

E) 1875-ci ildə

24.İrəvan Xan sarayındakı Güzgülü salonun divarlarına portret çəkmiş görkəmli rəssam:

A) Yaqub Mahmudov

B) Sadıqcan

C) Mirzə Qədim İrəvani

D) Aşıq Ələsgər

E) Molla Cuma

25. Mirzə Şəfi Vazehin şeirlərini alman dilinə tərcümə etmişdir:

A) İ. Qoslavski

B) Seyid Əzim Şirvani

C) Nəcəf bəy Vəzirov

D) Fridrix Bodenşted

E) Qasım bəy Zakir



Sualların sayı:_____­­­­­­­­­­­­­­­­­­­­­________________

Səhv cavabların sayı:_______________

Düz cavabların sayı:________________

Faiz:_____________________________

Qiymət:__________________________



Müəllim: /Əsədli S. Ə./

KSQ № 2 (II variant)

Sinif IX (----)

Fənn:Azərbaycan tarixi Tarix:________________________ Soyadı_______________________ adı__________________________

1. Müsəlman -türk dünyasında dramaturgiyanın banisi sayılır:

A) Yaqub Mahmudov

B) Həsən bəy Zərdabi

C) Mirzə Fətəli Axunzadə

D) Sultan Məcid Qənizadə

E) Seyid Əzim Şirvani

2.” Danabaş kəndinin əhvalatları” povestinin müəllifi:

A) Yaqub Mahmudov

B) Nəcəf bəy Vəzirov

C) Əbdürrəhim bəy Haqverdiyev

D) Cəlil Məmmədquluzadə

E) Seyid Əzim Şirvani

3.XX əsrin əvvələrində Şimali Azərbaycanın balıq sənayesinin neçə faizi azərbaycanlı sahibkarların əlində cəmləşmişdi?

A) 10 % B) 25 % C) 55 % D) 70 %

E) 100 %

4. H. Z. Tağıyev Bakı şəhərinə Şollar su kəmərini çəkdirdi:

A) 1879-cu ildə

B) 1980-ci ildə

C) 1877-ci ildə

D) 1917-ci ildə

E) 1891-ci ildə

5. Bakı ilə Tiflis arasında birbaşa telefon xətti çəkildi:

A) 1879-cu ildə

B) 1980-ci ildə

C) 1877-ci ildə

D) 1917-ci ildə

E) 1912-ci ildə

6.Azərbaycan xalqında çar hökumətinə qarşı dərin nifrət hissi doğururdu:

A) Kəndli uşaqlarının təhsil almaları

B) Neft sənayesinin inkişafı

C) Çar Rusiyasının köçürmə siyasəti

D) Azərbaycanlı müəllimlərin savadlanması

E) Üzüm və tut bağlarının salınması

7. Zaqatala dairəsi və Dağıstanın, o cümlədən Dərbənd bölgəsinin sahibkar kəndliləri feodal asılılığından azad edildi:

A) 1861-ci ildə

B) 1870-ci ildə

C) 1913-cü ildə

D) 1900 -cü ildə

E) 2016 -cı ildə

8. Azərbaycan ziyalılarının ana dilimizdə qəzet buraxmalarına verilən bu cavab məktubu gəlmişdi “ Yaxşı olar ki, ziyalılar qəzeti rus dilində oxusunlar, qalanları isə gedib qoyunlarını otarsınlar” :

A) Zaqataladan

B) Peterburqdan

C) Vaşinqtondan

D) Londondan

E) İstanbuldan

9. Bakıda ilk siyasi nümayiş baş verdi:

A) 1990-cı ildə

B) 1900-cü ildə

C) 1902-ci ildə

D) 1904-cü ildə

E) 1883-cü ildə

10. “Mazut konstitusiyası” adlandırılan sənəd imzalandı:

A) 1990-cı ildə

B) 1900-cü ildə

C) 1902-ci ildə

D) 1907-ci ildə

E) 1904-cü ildə

11. 1905-ci ilin sonunda Cənubi Azərbaycanda başlayan xalq inqilabında xalqın tələblərindən biri:

A) Rusiya dövləti ilə birləşmək

B) Ermənilərlə dost olmaq

C) Konstitusiya ( Məşrutə) qəbul edilməsi

D) Səttarxanın şah elan edilməsi

E) Təbrizin paytaxt edilməsi

12. 1905-ci ildə Cənubi Azərbaycanda başlamış xalq -azadlıq hərəkatı yatırıldı:

A) 1911-ci ildə

B) 1900-cü ildə

C) 1902-ci ildə

D) 1907-ci ildə

E) 1904-cü ildə

13. 1905-ci ildə çar hökuməti azərbaycanlılara qarşı ilk milli qırğını törətdi:

A) Bakıda

B) Tiflisdə

C) Təbrizdə

D) Moskvada

E) Zaqatalada

14. 1905-ci il erməni-müsəlman davasında igidlik göstərmiş azərbaycanlı:

A) Əlimərdan bəy Topçubaşov

B) Yaqub Mahmudov

C) Sultan bəy Sultanov

D) Səttarxan

E) Hacı Zeynalabdin Tağıyev

15. Rusiya müsəlmanlarının birinci qurultayı keçirildi:

A) 1905-ci ildə

B) 1900-cü ildə

C) 1902-ci ildə

D) 1907-ci ildə

E) 1904-cü ildə

16. Hümmət adlı siyasi təşkilat yaradıldı:

A) 1905-ci ildə

B) 1900-cü ildə

C) 1902-ci ildə

D) 1907-ci ildə

E) 1904-cü ildə

17. “Difai” sözü deməkdir:

A) bərabərlik

B) qeyrət

C) müdafiə

D) təslim olmaq

E) mübarizə

18. “ Türk qanlı, İslam inamlı və Avropa qiyafəli” tezisini ilk dəfə irəli sürmüşdür:

A) Məhəmməd Əmin Rəsulzadə

B) Əhməd bəy Ağayev

C) Əli bəy Hüseynzadə

D) Əlimərdan bəy Topçubaşov

E) İsmayıl xan Ziyadxanlı

19. I Dünya müharibəsi başladı:

A) 1905-ci ildə

B) 1911-ci ildə

C) 1912-ci ildə

D) 1914-cü ildə

E) 1902-ci ildə

20. I Dünya müharibəsi dövründə Almaniyanın müttəfiqi idi:

A) Rusiya

B) ABŞ

C) İngiltərə

D) Fransa

E) Osmanlı dövləti

21. Sarıqamış döyüşündə qalib gəldi:

A) ingilislər

B) amerikalılar

C) ruslar

D) yunanlar

E) polyaklar

22. “Rus artilleriyasının allahı” adlandırılan məhşur azərbaycanlı general:

A) Ənvər paşa

B) Səməd bəy Mehmandarov

C) Əliağa Şıxlinski

D) Hüseyn xan Naxçıvanski

E) Fərrix ağa Qayıbov

23. İlk azərbaycanlı hərbi təyyarəçi:

A) İbrahim ağa Vəkilov

B) Səməd bəy Mehmandarov

C) Əliağa Şıxlinski

D) Hüseyn xan Naxçıvanski

E) Fərrix ağa Qayıbov

24. 1914-cü ildə “Lodz əməliyyatı” zamanı alman qoşunlarına sarsıdıcı zərbə endirdiyinə görə tam artilleriya generalı rütbəsi verildi:

A) Ənvər paşaya

B) Səməd bəy Mehmandarova

C) Əliağa Şıxlinskiyə

D) Hüseyn xan Naxçıvanskiyə

E) Fərrix ağa Qayıbova

25. I Dünya müharibəsinin başlanmasından neçə il əvvəl Cənubi Azərbaycanda xalq inqilabı başladı:

A) 20 il B) 11 il C) 17 il D) 10 il E) 201 il


Sualların sayı:_____­­­­­­­­­­­­­­­­­­­­­________________

Səhv cavabların sayı:_______________

Düz cavabların sayı:________________

Faiz:_____________________________

Qiymət:__________________________


Müəllim: /Əsədli S. Ə./



Скачать

© 2016, 1893 11

Рекомендуем курсы ПК и ППК для учителей

Вебинар для учителей

Свидетельство об участии БЕСПЛАТНО!