СДЕЛАЙТЕ СВОИ УРОКИ ЕЩЁ ЭФФЕКТИВНЕЕ, А ЖИЗНЬ СВОБОДНЕЕ

Благодаря готовым учебным материалам для работы в классе и дистанционно

Скидки до 50 % на комплекты
только до

Готовые ключевые этапы урока всегда будут у вас под рукой

Организационный момент

Проверка знаний

Объяснение материала

Закрепление изученного

Итоги урока

Azərbaycanın “Dəmir qapı”- Dərbənd

Категория: История

Нажмите, чтобы узнать подробности

P.S. Dərbənd (rus dilində Дербент/ləzgi dilində Kivevar, “kive” (iki), “var”(divar)- Dağıstan Respublikasında şəhər. Antik müəlliflərin əsərlərində Dərbənd adlı şəhəri barədə məlumatlar verilir. 68-ci ildən başlayaraq romalıların şərqə olan hücumları dövründən etibarən “pillae Caspiae”-“Kaspi darvazası” adı ilə bu şəhər haqqında məlumat verilir. I əsr müəlliflərindən olan İosif Flavi də bu yeri Kaspi darvazası adlandırır. Ümumiyyətlə, I-III əsrlərdə yunan və latın dilli müəlliflər Kaspi keçidindən danışarkən onu “qapı”, “darvaza”, “şəhər qalası”, “keçid” və “çıxış” sözləri ilə əvəz etmişlər. Dərbənd şəhəri lap qədimlərdən Dəmirqapı - Dərbənd və “Bab-əl-Əbvab” (“qapılar qapısı”) adları ilə də tanınır.

Просмотр содержимого документа
«Azərbaycanın “Dəmir qapı”- Dərbənd»

Azərbaycanın “Dəmir qapı”- Dərbənd


P.S. Dərbənd (rus dilində Дербент/ləzgi dilində Kivevar, “kive” (iki), “var”(divar)- Dağıstan Respublikasında şəhər. Antik müəlliflərin əsərlərində Dərbənd adlı şəhəri barədə məlumatlar verilir. 68-ci ildən başlayaraq romalıların şərqə olan hücumları dövründən etibarən “pillae Caspiae”-“Kaspi darvazası” adı ilə bu şəhər haqqında məlumat verilir. I əsr müəlliflərindən olan İosif Flavi də bu yeri Kaspi darvazası adlandırır. Ümumiyyətlə, I-III əsrlərdə yunan və latın dilli müəlliflər Kaspi keçidindən danışarkən onu “qapı”, “darvaza”, “şəhər qalası”, “keçid” və “çıxış” sözləri ilə əvəz etmişlər. Dərbənd şəhəri lap qədimlərdən Dəmirqapı - Dərbənd və “Bab-əl-Əbvab” (“qapılar qapısı”) adları ilə də tanınır.

Dərbənd Şimali Qafqazın əsl simvoludur, Rusiyanın ən gözəl və qədim şəhərlərindən biri, onun tikililəri barədə hələ Herodot məlumat vermişdir. Qazıntılara görə, insanlar təxminən beş min il əvvəl bu ərazidə yaşayıblar. Bu müddət ərzində qəsəbə bir neçə fəthlər yaşamış və müxtəlif sivilizasiyaların və mədəniyyətlərin elementlərini mənimsəmişdir. Demək olar ki, bütün dillər yaşayış məntəqəsinin adında “qapı” sözlərindən istifadə edirdilər. Söhbət unikal yerdən gedir - Dərbənd Böyük Qafqazın demək olar ki, Xəzər dənizinə yaxın olduğu yerdə yerləşir və yalnız dar düz bir zolaq - Dərbənd və ya Xəzər keçidi adlanır. Qala bu nöqtədə Xəzər yolu ilə Şərqi Avropadan Qərbi Asiyaya və geriyə keçidə nəzarət edirdi. Bu gün Dərbənd Dağıstanın cənub paytaxtı və ikinci böyük şəhəridir. Onun qonaqlarına təklif edəcəyi çox şey var - qədim qaladan əlavə, burada müxtəlif dinlərin məbədlərini, müxtəlif dövrlərin unikal muzeylərini ziyarət etmək olar. Buradakı qədimlik ruhu canlı Qafqaz qonaqpərvərliyi, dağ ənənələri isə sahil atmosferi ilə harmonik şəkildə birləşir. Dərbənd şəhəri -Xəzər dənizi ilə Qafqaz sıra dağları arasında yerləşir. Rusiyanın şəhər statusunu daşıyan ən cənub yaşayış məntəqəsidir. Dərbənd şəhəri eyni adlı rayonun inzibati mərkəzidir, Mahaçqala şəhərindən cənub - şərq istiqamətində 121 km uzaqlıqda yerləşir.

Şəhərin görməli yerləri: İçəri şəhər, Bayat-Qapı qapısı, Dubar-Qapı, Caçi-Qapı, Nizami Gəncəvi adına parkda Rusiyanın ən böyük rəngli və musiqili fəvvarəsi, Şöhrət abidəsi, Dərbənd mayakı, Azadlıq meydanı , “Qəmli Ana” memorialı, Döyüş Şöhrəti parkı, Xanağa (Xaqan) şəlaləsi, Samur qoruğu.

Hara getməli: Cümə məscidinə, Bestujev-Marlinski ev-muzeyi, Tutu Bikə məqbərəsi, Yuxarı bazar, Nizami Gəncəvi parkı, Qədim Dərbəndin Mədəniyyət və Həyat Muzeyi, Arxeoloji qazıntılar üzərindəki Kristal Körpüyə.

Nə alıb gətirə bilərsiniz: ornamentli yerli trikotaj corablar, zərgərlik məmulatları, yerli istehsal olan bıçaq və ya xəncər, keramika qablar, urbeç, ət və ya balıq məmulatları, ədviyyatlar, gümüş qablar, buynuzlar, papaqlar və s.

Narın-Qala qapısı

Narın-Qala qalası Dərbəndin əsl ürəyidir. Müdafiə istehkamları dağlarla dəniz arasındakı dar keçidi qoruya bilən təpədə yerləşir. Qala bir çox dövrlərin və hökmdarların zəmanəsindən yadigardır. Qalanın qalın divarlarında on növə qədər daş işinə rast gəlmək olar. Çoxəsrlik əzəmətli sakitliyi ilə diqqəti çəkən qala bir neçə futbol meydançasının ərazisini tutur və bu ərazidə 200-ə qədər abidəni görmək olar. Onların bir çoxu öz adları olan qala divarının qapılarıdır.

Bayat-Qapı qapısı, Dağ-Qapının qərb qapısı

Bayat-Qapi qaladan çıxan ikinci qapıdır ki, ərəb mənbələri onu “Posta” və ya “Məktublar qapısı” adlandırmışlar. Çox güman ki, bu qapılar VIII-IX əsərlərdə şəhərin yenidən təmiri zamanı ərəblər tərəfindən tikilmişdir. Əgər Bayat-Qapı qapısının müasir adı qeyri-müəyyən etimologiyaya malikdirsə, Qərb qapısı ilə hər şey dəqiq məlumdur: Dağ-Qapı “Dağ qapısı” kimi tərcümə oluna bilər. Burada hər şey sadədir: arabalar, mal-qara və karvanlar qalaya məhz bu açılış vasitəsilə daxil olurdu.

Cümə məscidi

Dərbənd müxtəlif sivilizasiyaların və mədəniyyətlərin, deməli, dinlərin qovuşduğu şəhər olmuşdur. Şəhərdə bir neçə böyük məscidlə yanaşı, sinaqoq, həmçinin digər dinlərə məxsus dini idarələr olmuşdur. Bununla belə, Dərbəndin başqa əsl bir vizit kartı bütün MDB məkanında ən qədim Cümə məscididir. Deyirlər ki, bu, Cümə məscidi həm də dünyanın ən qədim məscidlərindən biridir. Tarixi tədqiqatçılar Cümə məscidinin 734-cü ildə inşa olduğunu söyləyirlər. O, dövrdə məscid bütün qəsəbənin ən böyük tikilisi idi və bu günə qədər də eyni dərəcədə öz möhtəşəmliyini qoruyub saxlamışdır. Bu gün məscid müsəlman möminlərini qəbul edir və onun nəzdində mədrəsə fəaliyyət göstərir.

Qədim Dərbəndin Mədəniyyət və Həyat Muzeyi

Keçmiş əsrlərin Dərbənd həyatına qərq olmağın başqa bir yolu Dərbənddə Qız Hamamı adlanan yerdə yerləşən Qədim Dərbəndin Mədəniyyət və Həyat Muzeyini ziyarət etməkdir. Şəhərdə qadınlar üçün ilk belə tikili hələ XIII əsrdə tikilib, lakin indiki mövcud hamam XIX əsrdə Cümə məscidinin çox yaxınlığında inşa edilmişdir. Bu binanın xüsusi təyinatı var idi - məhz burada toydan əvvəl mərasim və nikahdan əvvəl dəstəmaz alınırdı. Məhz buna görə də bu gün burada keçmiş əsrlərə aid dərbənd qadınlarının ənənəvi qadın geyimləri, musiqi alətləri və digər məişət əşyaları sərgilənir.

Dərbənd sahil mayakı

Həmçinin XIX əsrə aid Dərbəndin başqa bir simvolik quruluşu - şəhər mayakıdır. Şəhərin dəniz sahilində yerləşməsinə baxmayaraq, burada mayak yalnız 1853-cü ildə yandırılıb. Sovet illərində yenidənqurmadan sonra Dərbənd mayakı Xəzər sahilində ən güclü mayak olmuşdur. İşıq şüaları ilə ətraf ərazilərə nüfuz edən daşdan inşa edilmiş nəhəng mayak dənizdən cəmi bir kilometr aralıda qala divarında yerləşir. Şəhərin Dəniz kənarı mühiti cəmi bir-neçə il əvvəl yenilənibdir. Bu yerdə lazımi istirahət mühiti yaradılıb - üç müşahidə göyərtəsi quraşdırılıb və çimərlik yenilənib. Bu gün qumlu çimərlik minlərlə istirahətçiyə Xəzər dənizinin isti sularına qərq olmağa imkan verir.

Hərbi Şöhrət Parkı

Dərbənd özünün çoxəsrlik tarixinə - qədim zamanlardan tutmuş nisbətən yaxın vaxtlarda baş verən hadisələrə qədər hörmətlə yanaşır və qoruyub saxlayır. Belə ehtiramlı münasibətin daha bir canlı sübutu Vətəni mərdliklə müdafiə edən Dərbənd əsgərlərinin şərəfinə salınmış Hərbi Şöhrət Parkıdır. Böyük Vətən Müharibəsi illərində minlərlə yerli əhali cəbhəyə getdi. Onlardan doqquzu qəhrəmanlıqlarına görə Sovet İttifaqı Qəhrəmanı Fəxri adına layiq görülmüşlər. Bu gün onların portretləri Hərbi Şöhrət Parkında yerləşir, “Əbədi məşəl” yanır və orada ilboyu təzə çiçəklər vardır. Parkda heyrətamiz dərəcədə dramatik bir abidə də var - “Qəmli Ana” memorialı. Bu abidə 2015-ci ildə ucaldılmış, övladlarının qayıtması üçün dua edən, lakin onun başı üzərində durnalar uçan qadını - Dağıstanın xalq şairi Rəsul Həmzətovun məşhur şeirlərində təsvir olunduğu kimi, vətənin azadlığı uğrunda şəhid olan əsgərlərin ruhunu simvolizə edir.

Xanağa (Xaqan) şəlaləsi

İnsan əllərinin yaradıcılığı Dərbənddə görülə bilənlərin hamısı deyil. Şəhərin qonaqları həmçinin Şimali Qafqazın inanılmaz təbiətindən həzz ala bilərlər. Xüsusilə, Dağıstanın Tabasaran rayonunda Dərbənddən bir qədər aralıda Xanağa(Xaqan) şəlaləsi vardır. Təbiətin otuz metrlik möcüzəsi iki şəlalədən ibarətdir və Xanaqçay çayının sularını aşağıda kiçik bir gölə axıdır. İsti havalarda burada üzmək və ya sadəcə sahildə dincəlmək olar – buz kimi soyuq su səbəbindən ətraf ərazi demək olar ki, həmişə sərin olur.

İstifadə edilmiş resurslar:

https://news.mail.ru/diafilm/350-po-rossii-derbent/?frommail=10

https://az.wikipedia.org/wiki/D%C9%99rb%C9%99nd#cite_note-3

Rus dilindən tərcümə etdi:

Əsədov Seyyub Əsəd oğlu-Şirvan şəhər T. Bağırov adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin (2015-ci il), “Elektron Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı İnternet resursları” nominasiyası qalibi (2017-ci il), Respublika “Pedaqoji Mühazirələr”inin (2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə) təltifçisi, Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi (“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi).



Скачать

Рекомендуем курсы ПК и ППК для учителей

Вебинар для учителей

Свидетельство об участии БЕСПЛАТНО!