СДЕЛАЙТЕ СВОИ УРОКИ ЕЩЁ ЭФФЕКТИВНЕЕ, А ЖИЗНЬ СВОБОДНЕЕ

Благодаря готовым учебным материалам для работы в классе и дистанционно

Скидки до 50 % на комплекты
только до

Готовые ключевые этапы урока всегда будут у вас под рукой

Организационный момент

Проверка знаний

Объяснение материала

Закрепление изученного

Итоги урока

Arzuların qiyməti haqqında hekayə

Категория: Всем учителям

Нажмите, чтобы узнать подробности

Dünyanın bir ölkəsində, bir dükan var idi. Bu dükanın adı yazılan lövhəni dünya küləyi çoxdan qoparıb atmışdı.

Просмотр содержимого документа
«Arzuların qiyməti haqqında hekayə»

Arzuların qiyməti haqqında hekayə















Dünyanın bir ölkəsində, bir dükan var idi. Bu dükanın adı yazılan lövhəni dünya küləyi çoxdan qoparıb atmışdı. Yeni sahib isə lövhə vurmağa tənbəllik edirdi, çünki bilirdi ki, bütün sakinlər artıq bilir: - bura “Arzular satılan” dükandır. Bu dükan olduqca böyük idi :- istənilən arzunu buradan almaq olardı.

İri və gözəl yaxtalar, cürbəcür mənzillər, evlilik, şirkət direktoru, pul, uşaq, ürəyin istəyən iş, müsabiqələrdə qaliblik, ən bahalı maşınlar, futbol komandaları, hakimiyyət, müvəffəqiyyət, güc, uğur, ləl-cəvahirat, bir sözlə ürəyin nə istəyirsə burdan tapmaq olardı. Təkcə HƏYAT və ÖLÜM satılmırdı. Bununla məşğul olan başqa QALAKTİKAda yaşayırdı.

Dükana hər gün çoxlu adamlar gələrdi. Kimisi nəsə alar, kimisi də istədiyini tapa bilmirdi. Amma hər kəs qiymətlərlə maraqlanardı. Qiymətlər fərqli idi.

Məsələn, ürəyin istəyən işin qiyməti - sabitlikdən imtina, öz gücünə inamdan əl çəkmək, sən harada istəyirsən yox, hara düzəldirlərsə orada işləməlisən qiymətinə idi.

Hakimiyyətdə vəzifə tutmaq daha baha idi. Öz əqidəndən əl çəkmək, hamı ilə lazımsız dil tapmaq və hamıya lazımsız məsləhətlər vermək, insanlara yox demək bacarığına sahib olmaq, hər sözdə “Mən” deməyi bacarmaq qiymətinə idi.

Bəzi qiymətlər lap qəribə idi.... Evlənmək və ya ərə getmək demək olardı ki, pulsuz idi. Ancaq xoşbəxt həyat isə çox baha idi - bunun üçün məsuliyyət hissindən, həyatdan zövq almaqdan, ətrafdakılara yaxşı münasibətdən, etdiklərinə görə peşimançılıq hisslərindən, utanmaqdan, dostlarını itirmək qorxusundan əl çəkmək lazım idi.

Dükana gələnlərin hamısı o dəqiqə mal almağa hazır olmurdu. Bəziləri qiymətləri görən kimi üz döndərib qayıdırdılar. Bəziləri uzun müddət haqq-hesabı götür- qoy edirdilər. Kimlərsə qiymətlərin bahalığından narazılıq edərək endirim tələb edirdi. Bəziləri isə o dəqiqə istədiyini alar və sakitcə uzaqlaşardılar.

Dükan sahibindən çox vaxt qiymətlərin aşağı salınması xahiş edilərdi ki, qiymətləri aşağı salsın müştərilər çoxalsın. Lakin o bundan imtina edər və səbəb kimi arzuların keyfiyyətinin aşağı düşəcəyini göstərərdi. Dükan sahibindən soruşanda ki, sən qorxmursan müflis olasan? Cavabında deyirdi: - Həmişə bütün zamanlarda arzuları satın alanlar olub və bundan sonra da olacaq. Onlar xalqı, milləti, insanlığı düşünmürlər. Ancaq özlərini düşünürlər. Belələri arzularını gerçəkləşdirmək üçün nə yola desən əl atacaqlar.

(P.S. Əgər sənin arzun həyata keçməyibsə, deməli haqqı ödənilməyib).

Mənbə: https://bit.ly/3Mvejth

Hazırladı:

Əsədov Seyyub Əsəd oğlu - Şirvan şəhər T. Bağırov adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin (2015-ci il), “Elektron Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı İnternet resursları” nominasiyası qalibi (2017-ci il), Respublika “Pedaqoji Mühazirələr”inin (2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə) təltifçisi, Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi (“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi), Azərbaycan Respublikası “Təhsil Şurası” İB-nin İdarə Heyətinin üzvü


Скачать

Рекомендуем курсы ПК и ППК для учителей

Вебинар для учителей

Свидетельство об участии БЕСПЛАТНО!