СДЕЛАЙТЕ СВОИ УРОКИ ЕЩЁ ЭФФЕКТИВНЕЕ, А ЖИЗНЬ СВОБОДНЕЕ

Благодаря готовым учебным материалам для работы в классе и дистанционно

Скидки до 50 % на комплекты
только до

Готовые ключевые этапы урока всегда будут у вас под рукой

Организационный момент

Проверка знаний

Объяснение материала

Закрепление изученного

Итоги урока

Albrext Dürerin (1471-1528) “Əllər” tablosunun tarixçəsi

Категория: Всем учителям

Нажмите, чтобы узнать подробности

(P.S. Alman rəssamı, çap ustası və Alman İntibahının nəzəriyyəçisi. Nürnberqdə anadan olan Dürer, iyirmi yaşlarında yüksək keyfiyyətli ağac oyma işləri sayəsində bütün Avropada nüfuz və təsir qazanmışdı).

Просмотр содержимого документа
«Albrext Dürerin (1471-1528) “Əllər” tablosunun tarixçəsi»

Albrext Dürerin (1471-1528) “Əllər” tablosunun tarixçəsi

(P.S. Alman rəssamı, çap ustası və Alman İntibahının nəzəriyyəçisi. Nürnberqdə anadan olan Dürer, iyirmi yaşlarında yüksək keyfiyyətli ağac oyma işləri sayəsində bütün Avropada nüfuz və təsir qazanmışdı).

Albrext Dürerin “Əllər” tablosunu çoxları tanıyır. Ancaq bu rəsmin yaranma tarixini az adam bilir. Düşünürəm ki, Düreri tanımayan hər kəs bu hekayəni ömrünün sonuna qədər xatırlayacaq.

XV əsrdə Nürnberq yaxınlığındakı kiçik bir kənddə on səkkiz uşaqlı bir ailə yaşayırdı. On səkkiz!

Belə böyük bir ailəni dolandırmaq üçün zərgər işləyən ata gündə on səkkiz saat işləyirdi. O, zərgərlik emalatxanasında çalışır, həm də istənilən ödənişli işi öz üzərinə götürürdü. Demək olar ki, ümidsiz vəziyyətə baxmayaraq, iki oğlanın bir arzuları var idi. Onlar incəsənətdə istedadlarını inkişaf etdirmək istəyirdilər, lakin bilirdilər ki, ataları onların heç birini Nürnberqdəki Akademiyaya oxumağa göndərə bilməyəcək. Bir çox gecələr boyu davam edən müzakirələrdən sonra iki qardaş bir-biri ilə razılığa gəldilər. Onlar sikkə atmağa qərar verdilər. Uduzan mədəndə işləməyə gedəcək və qazancı ilə qardaşının təhsilini ödəyəcəkdi. Daha sonra isə oxuyub qurtaran qardaş mədəndə işləyən qardaşının təhsil haqqını əsərlərini satmaqla, lazım gələrsə, mədəndə də işləməklə ödəyəcəkdi. Qardaşlar bazar günü səhər kilsə duasından sonra sikkə atdılar. Albrext Dürer qalib gəldi və Nürnberqə getdi. Albert Dürer isə təhlükəli mədəndə işləməyə yollandı. Albert dörd il ərzində Akademiyadakı işi dərhal sensasiyaya çevrilən qardaşı Albrextin təhsili üçün pul ödədi. Albrextin qravüraları, taxta üzərində oymaları və rəsmləri hətta oxuduğu Akademiyadakı bir çox professorlarının işindən də üstün idi. O, məzun olanda artıq işinə görə yaxşı pul qazanmağa başlamışdı. Gənc rəssam doğma kəndinə qayıdanda, Dürer ailəsi Albrextin zəfərlə qayıtmasını qeyd etmək üçün çəmənlikdə bayram yeməyi təşkil etdi. Musiqi və gülüşlə dolu uzun və yaddaqalan şam yeməyindən sonra Albrextin arzusunu gerçəkləşdirmək üçün uzun illər fədakarlıq edən sevimli qardaşına tost qaldırmaq üçün Albrext ayağa qalxdı. …Çıxışının sonunda dedi: “İndi, Albert, mənim sevimli qardaşım, sənin növbən gəldi. İndi sən arzularının arxasınca getmək üçün Nürnberqə gedə bilərsən, mən də sənin qayğına qalacağam”. Hamı səbirsizliklə stolun o biri başında oturan Albertə tərəf döndü. Onun göz yaşları solğun sifətindən aşağı axırdı və o, hönkür-hönkür ağlayaraq başını yırğaladı və “Yox...yox...yox...” dedi. Nəhayət ayağa qalxıb göz yaşlarını sildi. O, çox sevdiyi insanların üzünə baxdı, sonra əllərini üzünə qaldıraraq yavaşca dedi: “Yox, qardaş. Mən Nürnberqə gedə bilmərəm. Mənim üçün artıq çox gecdir. Baxın! Mədəndəki o dörd il mənim əllərimə nə edib! Hər barmağımdakı sümüklər ən azı bir dəfə qırılıb və bu yaxınlarda mənim sağ əlimdə o qədər artrit inkişaf edib ki, stəkanı belə tuta bilmirəm, daha perqamentə və ya kətana qələm və ya fırça ilə gözəl xətlər çəkə bilmirəm. Yox, qardaş, mənim üçün çox gecdir”. Bu hadisədən 400 ildən çox vaxt keçib. İndi dünyanın hər bir böyük muzeyində yüzlərlə portret, qələm rəsmləri, akvarellər, kömür rəsmləri, ağac kəsmələri və mis oymalar asılır. Çox güman ki, siz Albrext Dürerin ən azı bir əsəri ilə tanışsınız. Bəlkə də evinizdə və ya ofisinizdə onun əsərlərindən birinin reproduksiyası var... Albrext bir dəfə qardaşının ona göstərdiyi bütün qurbanlara görə hörmət əlaməti olaraq qardaşı Albertin səmaya işarə edən qabarlı əllərinin rəsmini çəkdi. O, bu möhtəşəm tablosunu çox sadə adlandırdı: “Əllər”. Lakin bütün dünya demək olar ki, dərhal bu şah əsərə heyran oldu və bu rəsm əsərini “Dua edən əllər” adlandırdı.

Mənbə: bit.ly/3UavaaQ

Rus dilindən tərcümə:

Əsədov Seyyub Əsəd oğlu-Şirvan şəhər T. Bağırov adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin (2015-ci il), “Elektron Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı İnternet resursları” nominasiyası qalibi (2017-ci il), Respublika “Pedaqoji Mühazirələr”inin (2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə) təltifçisi, Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi (“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi).

İstinad:

https://sinxronfenler.blogspot.com/2024/01/albrext-durerin-1471-1528-llr.html



Скачать

Рекомендуем курсы ПК и ППК для учителей

Вебинар для учителей

Свидетельство об участии БЕСПЛАТНО!