СДЕЛАЙТЕ СВОИ УРОКИ ЕЩЁ ЭФФЕКТИВНЕЕ, А ЖИЗНЬ СВОБОДНЕЕ

Благодаря готовым учебным материалам для работы в классе и дистанционно

Скидки до 50 % на комплекты
только до

Готовые ключевые этапы урока всегда будут у вас под рукой

Организационный момент

Проверка знаний

Объяснение материала

Закрепление изученного

Итоги урока

8600 illik çörək: diqqətəlayiq bir arxeoloji kəşf

Категория: Всем учителям

Нажмите, чтобы узнать подробности

Müasir Türkiyədə yerləşən qədim Çatalhöyük şəhərində qazıntılar zamanı səkkiz min 600 illik çörək tapılıb. Ola bilsin ki, bu, bəşər tarixində ən qədim çörəkdir.

Просмотр содержимого документа
«8600 illik çörək: diqqətəlayiq bir arxeoloji kəşf»

8600 illik çörək: diqqətəlayiq bir arxeoloji kəşf













Müasir Türkiyədə yerləşən qədim Çatalhöyük şəhərində qazıntılar zamanı səkkiz min 600 illik çörək tapılıb. Ola bilsin ki, bu, bəşər tarixində ən qədim çörəkdir. 2021-ci ildə arxeoloqlar qazıntı apararkən qədim sobada qəribə bir “süngər qalığı” ilə qarşılaşdılar. Yalnız sonradan məlum oldu ki, bu, eradan əvvəl 6600-cü ildə yoğrulmuş daşlaşmış çörəkdir. Təəccüblüdür ki, çörək nazik gil qatından hazırlanmış unikal qablaşdırma sayəsində nisbətən yaxşı qalmışdır. “Diqqətli müayinə zamanı məlum olmuşdur ki, təndirin küncündəki kiçik yuvarlaq süngərvari əşya çörəkdir. Bütün strukturun odun və çörəyin möhürləndiyi nazik bir gil təbəqəsi ilə örtülməsi bu üzvi qalıqların bu günə qədər qorunub saxlanmasına imkan vermişdir”, - deyə Anadolu Universitetindən qazıntı heyətinin rəhbəri, doktor Əli Umud Türkan bildirib. Türkananın sözlərinə görə, Mərmərə Araşdırma Mərkəzində aparılan radiokarbon analizi tapıntının təxminən 8600 yaşı olduğunu göstərib. Çatalhöyük dünyanın ən qədim şəhər mərkəzlərindən biri kimi UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmişdir. Çatalhöyük təxminən 8000 nəfərlik sıx əhalisi olan, lakin müasir şəhərləri xarakterizə edən dəqiq planlaşdırma və mərkəzləşdirilmiş hökumət olmayan proto-şəhər olmuşdur. Ərazidə tapılan heyvan sümükləri Çatalhöyükdə mal-qaranın əhliləşdirilməsini göstərir. İnsanlar ovçuluq və yığıcılıqdan oturaq əkinçiliyə keçməyə başlamışdılar. Çörəyin kəşfi isə ilk taxıl məhsullarını yetişdirmək cəhdlərini göstərir. “Qida arxeologiyasının mənşəyinin Anadoluda olduğunu qəbul etməliyik. Çatalhöyük bu yolun ən mühüm mərhələlərindən biridir”, - deyə doktorTürkan əlavə edib. O, Catalhöyükdəki kəşfi “dünyanın ən qədim çörəyi” adlandırıb. Bununla belə, Yaxın Şərqdə bu titula başqa iddiaçılar da vardır. 2018-ci ildə arxeoloqlar İordaniyanın şimal-şərqindəki Qara səhrada 14400 illik çörək qalıqlarını aşkar ediblər. Bununla belə, Çatalhöyük çörəyi daha “qabaqcıl” görünür - bu, sadəcə kəpək unundan hazırlanan yastı çörək deyil, çox güman ki, bişirilməsi üçün maya və ya başqa bir mayalandırıcıdan istifadə edilmiş əsl çörəkdir.

Mənbə: bit.ly/3TqkPqh

Rus dilindən tərcümə etdi:

Əsədov Seyyub Əsəd oğlu-Şirvan şəhər T. Bağırov adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin (2015-ci il), “Elektron Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı İnternet resursları” nominasiyası qalibi (2017-ci il), Respublika “Pedaqoji Mühazirələr”inin (2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə) təltifçisi, Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi (“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi).

Xülasə:

https://sinxronfenler.blogspot.com/2024/03/8600-illik-cork-diqqtlayiq-bir.html




Скачать

Рекомендуем курсы ПК и ППК для учителей

Вебинар для учителей

Свидетельство об участии БЕСПЛАТНО!