СДЕЛАЙТЕ СВОИ УРОКИ ЕЩЁ ЭФФЕКТИВНЕЕ, А ЖИЗНЬ СВОБОДНЕЕ

Благодаря готовым учебным материалам для работы в классе и дистанционно

Скидки до 50 % на комплекты
только до

Готовые ключевые этапы урока всегда будут у вас под рукой

Организационный момент

Проверка знаний

Объяснение материала

Закрепление изученного

Итоги урока

20 Yanvar - 33 il: Bir qərinə, 33 illik bir dövr

Категория: История

Нажмите, чтобы узнать подробности

Xalqın bir millət olaraq meydana çıxması üçün hər şeydən əvvəl etnoqrafik birliyə malik olması və o xalqın hüdudları bəlli bir torpaq üzərində birlikdə yaşaması, yəni sosial həyat sürməsi lazımdır.

Просмотр содержимого документа
«20 Yanvar - 33 il: Bir qərinə, 33 illik bir dövr»

20 Yanvar - 33 il: Bir qərinə, 33 illik bir dövr

“Qərinələrlə məst olub cəhalətə uyuduq! Nə gördük? Nə qazandıq?”

Cəlil Məmmədquluzadə.

“Elə bir cahan ki, onun hər anı; Mənalı görünür bir qərinədən”

Səməd Vurğun.

“Qərinələr yolçusu - ay göyləri dolanar; Göy üzünün şamları sübhəcən sönər, yanar” Əhməd Cəmil.

Xalqın bir millət olaraq meydana çıxması üçün hər şeydən əvvəl etnoqrafik birliyə malik olması və o xalqın hüdudları bəlli bir torpaq üzərində birlikdə yaşaması, yəni sosial həyat sürməsi lazımdır. Əsrlər boyu Azərbaycan xalqı cənubda Qızıl Üzən çayı, Şimalda Qafqaz sıra dağları, şərqdə Xəzər dənizi sahilləri, qərbdə isə Gürcüstan sərhədlərinə qədər uzanan və sahəsi təqribən 410 min km2 olan ərazidə yaşamışlar. Tarixin böyük bir amansızlığına düçar olan Azərbaycan xalqı işğalçı dövlətlər arasındakı müharibələr nəticəsində ikiyə bölünmüş, lakin bu parçalanma xalqımızın nə dilinə, nə dininə, nə də ki, mədəniyyətinə təsir edə bilməmişdir. Ümummilli lider Heydər Əliyev demişdir: - “…Tariximizi, milli dəyərlərimizi bilməyən gənc vətənpərvər ola bilməz”. Görkəmli Azərbaycan mütəfəkkiri Sultan Məcid Qənizadənin elə bir kəlamı vardır: - Vətəni özünə dogma bilən insanlar tərbiyə etməyi bacarırıqsa, insanların xoşbəxtliyini təmin etmək mümkündür”.

33 il bundan əvvəl …

Bəzən Qanlı Yanvar və ya 20 Yanvar faciəsi adlandırdığımız hadisə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərinə keçmiş SSRİ-nin qoşun hissələri tərəfindən fövqəladə vəziyyət elan edilmədən yeridilməsi və dinc əhaliyə divan tutulması nəticəsində yüzlərlə insanın qətlə yetirildiyi, yaralandığı və itkin düşdüyü qırğındır. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışdılar. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdür. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda - yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilmişdir. Sovet qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və Azərbaycan rayonlarında 146 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş; hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım və hüquq mühafizə işçiləri olmuşdur. Qanlı Yanvar faciəsi nəticəsində keçmiş SSRİ Konstitusiyası və Azərbaycan SSR Konstitusiyası kobudcasına pozulmuş, Azərbaycan Respublikasının suveren hüquqları tapdalanmışdır. Qabaqcadan hazırlanan bu təcavüzkarlıq aksiyası Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, xalqı təhqir edərək ona mənəvi zərbə vurmaq, xalqımızın gözünü qorxutmaq məqsədi daşımışdır.

II Qarabağ müharibəsi xalqımız üçün Vətən müharibəsi oldu. Ordumuz döyüş meydanında tarixi ədaləti bərpa etdi. Belə bir məsəl var: “Azərbaycan cənnət ölkə, Qarabağ isə onun tacıdır”. 2020-ci il sentyabr ayının 27-dən noyabr ayının 10-na qədər tariximizin ən şanlı, ən qürurverici səhifələrini yaşadıq. Xalqımızın ürəyi bu 44 gündə bir amal, bir məqsəd üçün döyünürdü. Hər bir Azərbaycan vətəndaşı vətəninə, dogma yurduna və ailəsinə dərin hörmət etməyi özünə borc bilməlidir. Vətən uğrunda öz sağlamlıqlarını itirənlər və əziz canlarından keçənlər heç vaxt unudulmamalıdır! Azərbaycanın bütövlüyü uğrunda öz əziz canlarından keçən bütün şəhidlərimizi dərin hörmətlə anır, onlara Ulu Yaradandan rəhmət diləyirəm.

20 Yanvarda dənizdə gedən mübarizədən bir çoxları xəbərsizdir. Qanlı hadisə baş verdikdə, həmin an dənizdə olanlar iş birliyi qurdular. 7 gəmi kapitanımız birləşərək “Sabit Orucov” adlı sərnişin gəmisini qərargah edərək “Kapitanlar şurası” yaratdılar. Bakı Moskva tərəfindən informasiya blokadasına alındığı üçün bu gəmilər hər 30 dəqiqədən bir dünyaya “Diqqət! Mən Bakıyam! Məni yandırırlar”, “Diqqət! Bakı yanır!” həyəcan siqnalı göndərirdilər. Nəticədə hətta Sakit və Atlantik okeanda üzən gəmilər də faciədən xəbər tutdular. Onlar Bakıya dəstək olaraq bu xəbəri öz ölkələrinə çatdırdılar. Sovet ordusu qətlə yetirdiyi mülki şəxslərin meyitlərini dənizə ataraq hadisənin izini itirmək istəyirdi. 120 -yə yaxın gəmimiz SSRİ donanması qarşısında dayanaraq “Şəhidlərin meyitlərini bizim cəsədimizin üzərindən keçərək dənizə ata bilərsiniz” ultimatumunu verir və şəhidlərimizin cəsədlərinin dənizə tökülməsinin qarşısını alır. O zaman bu mülki gəmilər hərbi gəmilərə müqavimət göstərərək buna mane olurlar. Sovet rəhbərliyindən ordunun Bakıdan 24 saat ərzində çıxarılmasını tələb edirlər. SSRİ müdafiə naziri onları həbs və güllələnmə ilə hədələsə də qəhrəman dənizçilərimiz geri çəkilmir. Mülki gəmilərimiz atəşə tutulur, şəxsi heyət həbs edilir.

Həmin 7 kapitana bugün çox şey borcluyuq. Onları tanıyaq:

Mövlüd Əliyev

Müzəffər Əliyev

Murad Əliyev

Kərəm Məmmədov

Kişi Mütəllimov

Ağalar İbrahimov

İbrahim Salayev

1990-cı il yanvarın 19-dan 20 - nə keçən gecə xalqımıza qarşı törədilən qanlı qırğından 33 il, bir qərinə keçir. Bu hadisə Azərbaycan xalqının və bütün tərəqqipərvər , sülhsevər bəşəriyyətin tarixinə əsrin ən qanlı bir hadisəsi kimi düşmüşdür. Ən ağrılı o idi ki, o vaxtı ölkəyə rəhbərlik edənlər, özlərini milli qəhrəman, azadlıq aşiqləri sayanlar əliyalın, torpağı, milləti, xalqı dildə deyil, ürəklərində sevən oğullarımızı qabağa verib, özləri müəmmalı şəkildə “qeyb” oldular. ... Azərbaycanımızın müstəqil bir dövlət kimi yaşaması ilə düşmənlərimiz barışmaq istəmirdilər. SSRİ dağıldıqdan sonra Azərbaycanda hakimiyyətdə olanlar hər nəyin hesabına olursa olsun hakimiyyətdə qalmaq istəyirdilər. Azərbaycanın müstəqilliyinə mane olmaq istəyənlər Qarabağda vəziyyəti gündən - günə gərginləşdirirdilər. Hakimiyyət uğrunda gedən mübarizə, torpaqlarımızın hissə -hissə işğalı ilə müşayiət olunurdu. 20 Yanvar faciəsi törədilən zaman Azərbaycan xalqı ağır iflic vəziyyətinə və informasiya blokadasına salınmışdı, radio, televiziya susdurulmuş, onun enerji bloku silahlı hərbiçilər tərəfindən partladılmış, mətbuatın nəşrinə qadağa qoyulmuşdu. Azərbaycan sakit və ölü bir dənizə bənzəyirdi. Görünməmiş qəddarlıqla keçirilən cəza tədbirləri nəticəsində heç bir günahı olmayan dinc sakinlər öldürüldü, yaralandı. Bu hadisə hakimiyyətin törətdiyi ən qanlı faciələrdən biri və dinc əhaliyə qarşı yönəlmiş vəhşi bir cinayət hadisəsi idi. Xalqın bu ağır günlərində, yanvarın 21-də Azərbaycan xalqının mərd oğlu Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, təşkil olunmuş yığıncaqda  çıxış edərək, xalqla birgə olduğunu bildirdi. 20 Yanvar faciəsinə siyasi qiymət verdi, onun hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu, mərkəzin və o zamankı respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv olduğunu göstərdi. Belə bir Şərq məsəli var:” Can həkimə, ölkə isə rəhbərə etibar edilər”. Bu çətin dövrdə xalqımız öz seçimini etdi: - Ümummilli lider Heydər Əliyev xalqımızı bəladan qurtaracaq! Heydər Əliyev Azərbaycanın haqq işini dünyaya çatdırdı. Daxili siyasi sabitlik təmin edildi, iqtisadi tənəzzülün qarşısı alındı. Milli-mənəvi dəyərlərimiz bərpa və inkişaf etdirildi. Bu gün müstəqil Azərbaycan dövləti üçün ən mühüm məsələlərdən biri də Dünya azərbaycanlılarının həmrəyliyinə nail olunması məsələsidir. Dünya azərbaycanlıları nə qədər həmrəy olsalar, Azərbaycan dövlətçiliyi ətrafında nə qədər sıx birləşsələr dünya miqyasında nüfuzumuz daha böyük, sözümüz daha kəsərli olar. Bu işdə isə ən böyük xidməti Ümummilli liderimiz Heydər Əliyev 2001-ci ildə (9-10 noyabr) Dünya azərbaycanlılarının I qurultayını keçirməklə göstərdi. Azərbaycanlılar tarixi Azərbaycan torpaqlarından bütün dünyaya yayılmışlar. Hazırda onlar dünyanın bir çox ölkələrində yaşayırlar. Rusiyada, Ukraynada, Müstəqil Dövlətlər Birliyinin digər ölkələrində, Baltikyanı ölkələrdə, Avropada, Amerikada, Şərq ölkələrində iri Azərbaycan icmaları yaranmışdır. Uzun zaman bir-birinə həsrət qalan Azərbaycan millətinin Arazın hər iki sahilində sərhəd yürüşü - Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəklərini yıxması, o taylı - bu taylı millətin həftələrlə Araz qırağında gecə-gündüz birləşmək şüarı əslində azərbaycanlıların bir millət olduğunu dünya çapında bir daha canlandırmağa və Azərbaycanı bütövləşdirməyə cəhd idi. 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirildi. Qurultay soydaşlarımızın milli mənlik şüurunun güclənməsinə, müxtəlif ölkələrdə azərbaycanlı icmalarının mütəşəkkilliyinin və fəallığının artmasına təsir göstərdi. Həmin qurultayda Ulu Öndərin böyük iftixarla söylədiyi “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” kəlamı isə dillər əzbərinə çevrilib. Qurultaydan sonra ümummilli lider Heydər Əliyevin 2002-ci il 5 iyul tarixli Fərmanı ilə xaricdəki soydaşlarımızla əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi məqsədilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin (hazırda Diasporla İş üzrə Dövlət Komitəsi) yaradılması, həmin il dekabrın 27-də isə soydaşlarımızla bağlı dövlət siyasəti haqqında Qanunun qəbul edilməsi dünya azərbaycanlılarının milli birliyi və təşkilatlanması prosesini daha da gücləndirdi. Dünya azərbaycanlılarının milli birliyinin ideoloqu, təbliğatçısı və təşkilatçısı olan Ulu Öndərimiz xarici dövlətlərə səfərləri zamanı proqramının zənginliyinə, iş gününün gərginliyinə baxmayaraq həmin ölkələrdə yaşayan, fəaliyyət göstərən həmvətənlərimizlə görüşlərə də mütləq vaxt ayırır, onların problem və qayğıları ilə yaxından maraqlanır, daha sıx təşkilatlanmaları üçün dəyərli tövsiyələr verirdi. Yorulmaz fəaliyyəti ilə Heydər Əliyev siyasi fəlsəfəsinə, onun liderlik məktəbinə söykənən Prezident İlham Əliyev Ulu Öndərin bu sahədəki xidmətlərini uğurla davam etdirir. Dövlətimizin başçısının “Dünya azərbaycanlılarının II qurultayının keçirilməsi haqqında” 2006-cı il 8 fevral tarixli Sərəncamına uyğun olaraq, həmin il martın 16-da Bakıda keçirilən növbəti mötəbər toplantı xaricdə yaşayan azərbaycanlıların diaspordan lobbiyə çevrilməsi istiqamətində yeni addım olmuş, ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması işində əhəmiyyətli rol oynamışdır. 2022-ci il aprelin 22-23-də Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı -Zəfər Qurultayı keçirildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qurultayda geniş nitq söylədi. Zəfər Qurultayında 65 ölkədən 400-dən çox diaspor nümayəndəsi və qonaq iştirak etdi (P.S. Dünya Azərbaycanlılarının I Qurultayı ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ildə, II qurultay Prezident İlham Əliyevin Sərəncamına əsasən 2006-cı ildə, III qurultay 2011-ci ildə, IV qurultay 2016-cı ildə, V qurultay isə 2022-ci ildə keçirilmişdir). Artıq dünya azərbaycanlıları yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayır, respublikamızla qarşılıqlı əlaqələrin genişlənməsinə böyük töhfə verir, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, zəngin mədəni irsimizin təbliğində, təcavüzkar erməni dairələrinin ideoloji təxribatlarının qarşısının alınmasında qətiyyət nümayiş etdirirlər. Onlar Azərbaycan dövlətinin dəstəyi sayəsində qardaş və dost xalqların lobbi və diasporları ilə səmərəli əməkdaşlığın qurulması sahəsində təsirli tədbirlər həyata keçirir, Azərbaycan xalqının tarixini yazır və nəsillərdən-nəsillərə ötürürlər.

1990-cı il yanvarın 19-u saat 19:30 dəqiqədə SSRİ hökuməti tərəfindən təşkil edilən əməliyyat nəticəsində respublika televiziyasının enerji bloku partladılmışdı ki, Bakıda fövqəladə vəziyyət elan edilməsi və qoşunun şəhərə girməsi barədə əhaliyə rəsmi məlumat çatdırılmasın. Halbuki, həmin vaxt 26 bölgədə piketlər, barrikadalar qurulmuş, şəhərdəki 60 qoşun hissəsindən 34-nün, o cümlədən Salyan kazarmasının giriş-çıxış yolu kəsilmişdi ( Qeyd edim ki, 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə BDU-nun tələbəsi və Salyan kazarması yaxınlığında kirayədə yaşayan tələbə kimi bütün bunların canlı şahidi olmuşam). 1990-cı il yanvarın 20-də Azərbaycanın ərazi bütövlüyünü pozmaq cəhdlərinə, keçmiş SSRİ rəhbərliyinin Azərbaycanla bağlı apardığı qərəzli siyasətə, yerli rəhbərliyin xalqımızın mənafeyinə zidd mövqedə durmasına qarşı etiraz əlaməti olaraq küçələrə çıxmış dinc əhaliyə divan tutmaq məqsədilə Bakıya və respublikanın digər rayonlarına hərbi hissələr yeridildi. Dinc əhalinin kütləvi etiraz aksiyalarının ağır hərbi texnikanın köməyi ilə vəhşicəsinə dağıdılması təkcə süquta uğramaqda olan siyasi sisteminin qorunması cəhdi kimi deyil, həm də azərbaycanlıların tarixi torpaqlarından sıxışdırılıb çıxarılması ilə bağlı çar Rusiyasının əsrlərlə apardığı mənfur siyasətin yeni şəraitdə davamı idi. 20 Yanvar hadisəsi xalqımızın yaddaşına qanlı faciə kimi daxil olsa da, bütövlükdə milli tariximizin ən şanlı və qəhrəmanlıq səhifələrindən biridir. Məhz 20 Yanvardan başlayaraq Azərbaycan xalqı SSRİ-nin tərkibində ədaləti bərpa etməyin qeyri-mümkünlüyü və milli haqlarımıza obyektiv yanaşma nümayiş olunacağına öz inamını birdəfəlik itirdi. Hakimiyyətin mənbəyi sayılan və öz hüquqları uğrunda düşüncəsi, fikri, sözü, həmrəyliyi ilə mübarizəyə qalxmış bir xalq 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə öz zəhmli ordusunun tankları, işıq saçan zəhərli güllələri, xüsusi təyinatlı hərbi dəstələri ilə üzləşdi... Bakıda fövqəladə vəziyyət tətbiq edilməsinə baxmayaraq, yanvarın 22-də Azərbaycan xalqı şəhidləri ilə vidalaşdı. Bakıda keçirilən matəm mərasimində bir milyondan çox insan iştirak etdi. Bu, Azərbaycan xalqının azadlıq səsi, haqq, ədalət, demokratiya və müstəqillik uğrunda mübarizə əzmi idi.  

Prezidentimiz, müzəffər Ali Baş Komandan İlham Əliyev cənabları “Azərbaycan Respublikasında Təhsilin inkişafı üzrə Dövlət Strategiyası” sənədini təsdiq etməklə biz müəllimlərin qarşısına çox mühüm vəzifələr qoymuşdur. Bu, sənəd biz müəllimlərə “Azərbaycan həqiqətlərinin böyüyən nəslə çatdırılmasının elmi-metodiki və praktiki məsələri” ni, “Azərbaycan həqiqətlərinin məktəblilərə öyrədilməsində tarixi qaynaqların rolu”nu ümdə vəzifə kimi tövsiyyə edir. Azərbaycan həqiqətləri təkcə öz şəhər, rayonumuzda deyil, həm də xarici ölkə məktəblilərinə, müəllimlərinə çatdırılmalıdır.

Bu gün Azərbaycan xalqı azadlıq uğrunda canlarını qurban edən şəhidlərimizin və cəsur Vətən övladlarının qəhrəmanlıq mübarizəsini çox böyük hörmət və ehtiramla əziz tutur, onların igidliyini yüksək qiymətləndirir. Şəhidlərimizin qanı bahasına qazanılan müstəqilliyimizi qanımızla və canımızla qorumalı, ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi, onu daimi, əbədi və dönməz etməliyik.

 Allah bütün şəhidlərimizə rəhmət eləsin!

(P.S. 1992-ci il yanvarın 18-də Azərbaycan Respublikasının qanunu ilə “Şəhidlər günü” adı altında Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinə əlavə edilmiş 66-1-ci maddənin adı və mətni 1999-cu ildə qüvvəyə minmiş ƏM-də tamamilə dəyişildi və yeni redaksiyada belə verildi:

Maddə 106. Ümumxalq hüzn günü

Hər il yanvarın 20-si Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsini yad etmə günü - ümumxalq hüzn günüdür. Bu gün iş günü hesab edilmir.

1993-cü ildə ulu öndər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinin baş verməsinin səbəblərinin araşdırılması və onu törədənlərin məsuliyyətə cəlb olunması məsələsi istiqamətində mühüm addımlar atıldı. 20 Yanvar faciəsinin xalqımızın tarixində yeri və rolu, bu faciənin əbədiləşdirilməsi və bütün dünya ictimaiyyətinə çatdırılması yönündə mühüm işlər görüldü.

Ümummilli liderin 1994-cü il yanvarın 5-də 20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi ilə bağlı verdiyi Fərmanda Azərbaycan Respublikasının Milli Məclisinə faciəyə tam və əsaslandırılmış siyasi-hüquqi qiymət verilməsi tövsiyə olundu. Milli Məclis 1994-cü il martın 29-da 1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında qərar qəbul etdi. Bununla da Prezident Heydər Əliyevin təşəbbüsü və təkidi nəticəsində 20 Yanvar faciəsinə dövlət səviyyəsində hüquqi-siyasi qiymət verildi.

Bakı şəhərinin ən hündür yerində yerləşən Şəhidlər Xiyabanında Azərbaycanın azadlığı uğrunda mübarizədə şəhid olanların xatirəsinə ucaldılmış möhtəşəm “Əbədi məşəl” abidə-kompleksi də ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə tikilmişdir. Azərbaycan Prezidentinin 2000-ci il, yanvarın 17-də imzaladığı Fərmanla 1990-cı il 20 Yanvar faciəsi zamanı şəhid olanlara “20 Yanvar Şəhidi” fəxri adı verilmişdir).

İsdifadə edilmiş resurslar:

1.https://sinxronfenler.blogspot.com/2022/12/dunya-azrbaycanllarnn-hmrylik-gunu-v.html

2.https://nedir.az/q%C9%99rin%C9%99-sozunun-menasi

Hazırladı:

Əsədov Seyyub Əsəd oğlu - Şirvan şəhər T. Bağırov adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin (2015-ci il), “Elektron Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı İnternet resursları” nominasiyası qalibi (2017-ci il), Respublika “Pedaqoji Mühazirələr”inin (2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə) təltifçisi, Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi (“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi), Azərbaycan Respublikası “Təhsil Şurası” İB-nin İdarə Heyətinin üzvü


Скачать

Рекомендуем курсы ПК и ППК для учителей

Вебинар для учителей

Свидетельство об участии БЕСПЛАТНО!