СДЕЛАЙТЕ СВОИ УРОКИ ЕЩЁ ЭФФЕКТИВНЕЕ, А ЖИЗНЬ СВОБОДНЕЕ

Благодаря готовым учебным материалам для работы в классе и дистанционно

Скидки до 50 % на комплекты
только до

Готовые ключевые этапы урока всегда будут у вас под рукой

Организационный момент

Проверка знаний

Объяснение материала

Закрепление изученного

Итоги урока

12 yaşlı məktəbli Arximedin “ölüm şüası”nın surətini düzəltdi və o işləyir

Категория: Всем учителям

Нажмите, чтобы узнать подробности

“Gəmiləri məhv edən” qədim məhşur silah işlədi. 2023-cü ildə Kanadanın Ontario şəhərində səkkizinci sinif şagirdi qədim yunan alimi Arximed tərəfindən hazırlanmış “ölüm şüası” adlandırılan silahın həqiqətən işləyə biləcəyini sübut etməklə uzun müddətdir davam edən tarixi mübahisəni həll etməyə kömək etmişdir.

Просмотр содержимого документа
«12 yaşlı məktəbli Arximedin “ölüm şüası”nın surətini düzəltdi və o işləyir»

12 yaşlı məktəbli Arximedin “ölüm şüası”nın surətini düzəltdi və o işləyir

“Gəmiləri məhv edən” qədim məhşur silah işlədi. 2023-cü ildə Kanadanın Ontario şəhərində səkkizinci sinif şagirdi qədim yunan alimi Arximed tərəfindən hazırlanmış “ölüm şüası” adlandırılan silahın həqiqətən işləyə biləcəyini sübut etməklə uzun müddətdir davam edən tarixi mübahisəni həll etməyə kömək etmişdir. Rəvayətə görə, düşmən gəmilərini yandırmaq üçün günəş şüalarından istifadə etdiyi güman edilən silah Roma donanmasına qarşı ölümcül nəticələrlə istifadə edilib, lakin tədqiqatçılar bu qədim cihazın həqiqətən mövcud olub-olmadığını hələ də öyrənə bilməyiblər. Bu mübahisənin həllinə kömək etmək üçün 12 yaşlı Brenden Şener şüanın daha kiçik bir versiyasını düzəltmiş və konseptin işlədiyi və döyüşdə asanlıqla istifadə oluna biləcəyi qənaətinə gəlmişdir. E.ə. 213-cü ildən e.ə. 212-ci ilə qədər davam edən Sirakuza mühasirəsi zamanı orijinal “ölüm şüası” işğalçı romalılara qarşı istifadə edilmişdir. Döyüş gəmiləri Siciliya adasında yerləşən qədim yunan şəhərinə hücum edərkən, yerli müdafiəçilər düşməni dayandırmaq üçün Arximedin ixtiralarından istifadə etmişdilər. İstifadə edildiyinə dair şayiələr yayılan ecazkar maşınlar sırasında Arximedin məhşur “ölüm şuası” silahı da var idi. Deyilənlərə görə, bu silah Roma gəmilərini sudan çıxarıb, sonra isə onları böyük hündürlükdən yerə atırmış. Yunan tarixçisi Lusianın yazdığına görə, Arximed də günəş şüalarını düşmən gəmilərinə yönəltmək üçün Sirakuza körfəzi boyunca güzgülər yerləşdirmiş və bu da gəmilərin alovlanmasına səbəb olmuşdu. Məşhur fransız filosofu Rene Dekart da daxil olmaqla bəzi elm adamları bu ideyanı uydurma kimi qəbul etsələr də, digərləri silahı müxtəlif dərəcədə müvəffəqiyyətlə yenidən yaratmağa cəhd etmişlər. Məsələn, 2005-ci ildə Massaçusets Texnologiya İnstitutundan (MIT) bir qrup Arximedin dizaynının gəmini cəmi 11 dəqiqə ərzində yandıra biləcəyini kəşf etmişdi. Şener, bir sıra güzgülər və LED qızdırıcı masa lampalarından istifadə edərək qədim “ölüm şüası”nın masa üstü versiyasını hazırladı. O, 50 vattlıq istilik mənbəyini bir karton parçasına fokuslamaq üçün reflektorlardan istifadə etməklə hədəfin temperaturunun hər əlavə güzgü ilə üç güzgüyə qədər 2°C arta biləcəyini aşkar etdi. Dördüncü güzgünün əlavə edilməsi temperaturun 8°C dərəcədə artması ilə nəticələndi. Təcrübəni 100 vattlıq lampadan istifadə edərək təkrarlayanda o, “hər güzgüdə temperatur dəyişikliyinin üç güzgüyə qədər 4°C, dördüncü güzgü ilə isə 10°C olduğunu” tapdı. “Təcrübələrimin nəticələrinə əsasən, mən Massaçusets Texnologiya İnstitutu qrupu ilə razıyam və inanıram ki, kifayət qədər güclü istilik mənbəyi və ideal bucaqda fokuslanmış daha çox güzgü ilə yanma mümkün ola bilər”, - tədqiqatın gənc müəllifi yazır. O, son nəticədə belə qənaətə gəldi ki, “qədim Sirakuzada “ölüm şüası”nın istifadəsi ilə bağlı tarixi məlumatlar inandırıcıdır, lakin qədim filosofların kitablarında qeyd olunanlardan başqa Arximedin “ölüm şüası”nın varlığına dair heç bir arxeoloji dəlil tapılmamışdır. Şener illik elm sərgisində qızıl medala, “Matthews Hall”, Temza Vadisi Elm və Mühəndislik Sərgisinə Fizika elmləri üzrə Qızıl Medal və Uşaqların Elm və Texnologiyaya marağının təşviqinə görə London Xalq Kitabxanası Mükafatına layiq görülmüşdür.

Onun hesabatı haqqında daha ətraflı verilmiş linkdən oxuya bilərsiniz.

https://csfjournal.com/volume-6-issue-4-1/2024/1/7/the-power-of-the-archimedes-death-ray

Mənbə: bit.ly/3SdjaMF

İstinad:

https://sinxronfenler.blogspot.com/2024/02/12-yasl-mktbli-arximedin-olum-suasnn.html

Rus dilindən tərcümə:

Əsədov Seyyub Əsəd oğlu-Şirvan şəhər T. Bağırov adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin (2015-ci il), “Elektron Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı İnternet resursları” nominasiyası qalibi (2017-ci il), Respublika “Pedaqoji Mühazirələr”inin (2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə) təltifçisi, Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi (“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi).



Скачать

Рекомендуем курсы ПК и ППК для учителей

Вебинар для учителей

Свидетельство об участии БЕСПЛАТНО!